Hələlik gələcək "təqibçinin" yalnız tizeri göstərilib, lakin onun tamölçülü təqdimatının payızda, böyük ehtimalla oktyabr ayında Bostonda keçiriləcək Beynəlxalq Polis Rəisləri Assosiasiyasının (IACP) konfransında baş tutacağı gözlənilir. Dodge Charger EV Pursuit adlanan yenilik standart Charger EV modelindən ağ-qara rəngdə livreyası və xüsusi siqnalları ilə fərqlənir.

Bu ilin mart ayında debüt edən yeni Charger EV Dodge brendinin ilk seriya elektromobilidir . Yenilik  drift və “ponçiklər” üçün idarəetmə rejimlərinə, lonç-kontrola, startdan əvvəl arxa təkərləri qızdırmaq üçün Line Lock funksiyası və batareyanın drəq-reysinq və ya trek üçün hazırlanması strategiyalarını alacaq. Lakin sonradan məlum olub ki, modelin təkmilləşdirilməsinə ehtiyac var, ona görə də satışın başlanması bir neçə ay təxirə salınıb - elektronika ilə bağlı problemlər müəyyən edilib.

Charger Daytona ikimühərriklidir, versiyadan asılı olaraq, 503 və ya 679 at qüvvəsinə malik ola bilər. Sıfırdan 60 mil/saata (97 km/saat) sürətlənmə müvafiq olaraq 4,7 və 3,3 saniyə çəkir. Daytona işləmə gərginliyi 400 volt olan nikel-kobalt-alüminium batareyası ilə təchiz edilir. 100,5 kilovat-saatlıq batareya  418-510 kilometr arasında yürüş ehtiyatını təmin edir.

Qeyd etmək lazımdır ki, Changer kupesi praktiki olmadığına görə polis avtomobili roluna heç də uyğun gəlmir, ona görə də, dördqapılı modifikasiyanı gözləmək gərəkdir. Charger modelinin ənənəvi daxili yanma mühərrikləri olan versiyaları da olacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.