Britaniya brendi təxminən bir il əvvəl yenilənmiş Vantage modelini nümayiş etdirib. Odur ki, açıq kuzovlu versiyanın peyda olması vaxt məsələsi idi. Stilistik olaraq rodster kupeyə bənzəyir və onun kapotunun altında eyni 4,0-litrlik V8 Mercedes-AMG aqreqatı yerləşir.

 Damın dəyişdirilməsi səbəbindən avtomobilin çəkisi bir qədər artıb, lakin mühəndislər artımı minimuma endirməyə və demək olar ki, çəkinin oxlar arasında paylanmasının ideal nisbətini - arxa tərəfin xeyrinə 49:51, - qoruyub saxlamağa çalışıblar.

Roadster də, kupe kimi, 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz edilir. Mühərrik 665 at qüvvəsi və 800 Nm hasil edir ki, bu da əvvəlki modeldə olduğundan 155 at qüvvəsi və 115 Nm çoxdur.

Daxili yanma mühərrik səkkiz pilləli ZF avtomatik transmissiyası ilə tandemdə çalışır. Arxada elektron idarə olunan yüksəldilmiş sürtünməsi olan differensial quraşdırılıb. Sportkarın ön tərəfində ikiqollu, arxada isə adaptiv Bilstein DTX amortizatorları ilə çoxqollu asqı var.

Rodster 0-dan 96 km/saata (60 mil/saat) 3,5 saniyəyə sürətlənir - kupedən 0,1 saniyə yavaş. Maksimal sürət - 325 km/saatdır.

Dam Z şəklində qatlanır və 50 km/saata qədər sürətlərdə açılır və bağlanır. Onu uzaqdan da idarə etmək mümkündür. Proses cəmi 6,8 saniyə çəkir. Aston Martin onun bazarda ən sürətli belə mexanizm olduğunu iddia edir. Bu mexanim avtomobilin ümumi çəkisi artıb, ancaq artım minimaldır - 60 kiloqram.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avadanlıqlar siyahısına Michelin Pilot Sport S 5 şinləri və karbon-keramika əyləcləri daxildir, səsə isə, 11 dinamik cavabdehdir. Bowers & Wilkins ilə əməkdaşlıqda hazırlanmış audiosistemi opsiyadır.

Çatdırılmalara 2025-ci ilin ikinci rübündə başlanmalıdır. Aston Martin hələlik Vantage Roadster modelinin qiymətini açıqlamayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.