İki əsl İngilis brendi – Ceyms Bond və Aston Martin - 60 ildir ayrılmazdırlar. Onların ilk görüşü 1964-cü ildə, Şon Konnerinin canlandırdığı 007 nömrəli xəfiyyənin DB5 modelinin sükanı arxasına keçəndə baş verib. Franşizanın ən son “Ölmək vaxtı deyil” filmində supercasus bu avtomobili idarə edir, baxmayaraq ki, epizodlarda həm Valhalla, həm də DBS Superleggera modelləri də görünür. Ümumiyyətlə, altmış il uzun müddətdir, ona görə də bu əlamətdar tarixi məhdud sayda buraxılacaq DB12 Goldfinger Edition nəşri ilə qeyd etmək qərara alınıb.
Casus avtomobili adi Aston Martin DB12 kupesindən Silver Birch rəngli kuzovu, 21-düymlük təkər diskləri, ön qanadlarda qızıl əlavələr və qara minadan astarı olan unikal “Q” loqotipi ilə fərqlənir. İnteryerdə dekorativ dəlikləri olan çıxıntılı Sports Plus dəri oturacaqları, parlaq lak qatı ilə örtülmüş karbonplastik örtmələr və 18 karatlıq qızıldan hazırlanmış aksentlər var. Bond pərəstişkarları, “Goldfinger” filminin səhnələrindən birinə istinad edən günəşlikdəki "8 Ürək" naxışını xüsusilə yüksək qiymətləndirəcəklər.
Avtomobillə yanaşı, alıcılara içərisində Bollinger vintaj şampan şərabı və dörd qədəh olan Globe-Trotter Air Cabin çamadanı hədiyyə ediləcək. Bundan əlavə, dəstdə xüsusi çexol-tent, hədiyyə qutusunda açar, alüminiumdan miqyaslı Speedform modeli, həmçinin Aston Martin jurnalının yubiley nömrəsi və Goldfinger finmindən əfsanəvi Furka Pass təqib səhnəsinin səsyazısı olan 35 millimetrlik plyonka yer alacaq. Bütün bunlar avtomobilin rəngində tərtibata malik olan diplomat çamadanına yığılacaq.
Kupenin kapotunun altında 4.0-litrlik V8 biturbo (680 at qüvvəsi, 800 Nm) mühərriki yerləşir. Transmissiya - qısaldılmış baş cütlüyü olan səkkiz pilləli ZF avtomatik ötürmələr qutusudur. DB12 elektron idarə olunan arxa differensiala, dördsəviyyəli elektron sabitləşdirmə sisteminə və istənilən əhval-ruhiyyəyə uyğun beş hərəkət rejiminə malikdir. Superkar 60 mil/saat (97 km/saat) həddinə 3,5 saniyəyə sürətlənir, onun maksimal sürəti isə, 325 km/saatdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.