Keçən həftə Audi sosial şəbəkələrdə qeyri-adi Q6 Sportback e-tron krossoverinin şəkillərini dərc edib. Elektrik krossoveri əsl ofrouderə çevrilib, lakin onun haqqında heç bir təfərrüat açıqlanmayıb. İndi isə, konseptual ofrouder barədə yeni təfərrüarlar peyda olub.
Audi Q6 e-tron offroad konseptinin əsas xüsusiyyəti onun üçün xüsusi olaraq hazırlanmış təkər reduktorlarıdır. Şirkət bu konstruksiyanı portal oxları (portal axles) adlandırır, lakin, əlbəttə ki, burada hər hansı bir körpüdən söhbət gedə bilməz: Q6 müstəqil asqısını saxlayıb, baxmayaraq ki, bütün qollar 250 millimetr genişləndirilmiş təkər izi üzündən yenidən işlənməli olublar.
Klirensdə iki dəfə artırılıb: standart 164-dən heyranedici 324 millimetrə qədər. Altlıq yastı qalıb, lakin batareya əlavə güc qorunmasını alıb. Əyləclər də yenidən işləniblər, amma ən maraqlı detal “acıqlı" Venom Power Terra Hunter X/T şinləri taxılmış təkər diskləridir.
Ofrouder təkcə özünün möhtəşəm keçmə qabiliyyəti ilə seçilmir. Reduktorlar təkərlərdəki fırlanma anını adi portal oxlarındakı 20-30% ilə müqayisədə dərhal 50% artırır. Nəticədə, konseptin əsaslandığı standart SQ6 e-tron krossoverinin təkərlərindəki pik dartma qüvvəsi 9000 Nm əvəzinə 13400 Nm-ə çatır.
Eyni zamanda, elektrik mühərrikləri standartdırlar və ümumilikdə 517 at qüvvəsi və 580 Nm hasil edirlər, baxmayaraq ki, bu fırlanma anı yalnız on saniyə ərzində əlçatadır. Konsept 45 dərəcəyə qədər yamaclara qalxmağa qadirdir, lakin reduktorlara görə maksimal sürət 230-dan 175 km/saata endirilib.
Buna görə də, daha pis aerodinamika və böyük təkərlərə görə, konsept standart modeldən daha qısa yürüş məsafəsinə malik olacaq (onun pasport üzrə yürüş ehtiyatı 607 kilometrdir), lakin dəqiq məlumatlar dərc edilməyib.
Brutal ofrouderin xarici atributları təkər tağlarının genişləndiriciləri və güclü yedək qarmaqlarıdır. Ön bamperdə və damda əlavə iprojektorlar quraşdırılıb. Prototip Audi Sport bölməsi tərəfindən hazırlanıb və brendin rəhbəri Gernot Döllner ofrouderin təkər reduktorları olan sxemini brendin quattro tam ötürmə sisteminin yeni şərhi adlandırıb.
Üstəlik, Döllner potensial alıcıların reaksiyasını öyrəniləcəyini vəd edib. Odur ki, belə Audi elektromobillərinin seriyaya getmə şansı yarana bilər. Bu arada, Audi Q6 e-tron offroad konsepti Avstriyada təşkil edilən F.A.T buz yarışında sınaqdan keçiriləcək. Yarışlar fevralın 1-nə planlaşdırılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.