Yığcam Q4 e-tron elektrik krossoveri və onun kupeyəbənzər Sportback versiyası Audi model çeşidində beş il əvvəl qoşulub. O vaxtdan bəri, onların texniki hissəsi yenilənmədən keçib və təchizat səviyyələrinə yenidən baxılıb, lakin krossoverlərin tamölçülü restaylinqi keçirilməyib. İndi isə, İnqolştadtda yerləşən avtomobil nəhəngi bu çatışmazlığı düzəltmək qərarına gəlib və ən əlçatan elektrik modellərinin yenilənmiş versiyasını təqdim edib.
Audi Q4 e-tron
Restaylinq əsasən elektromobillərin xarici görünüşünə təsir göstərib. Q4 e-tron və Q4 Sportback e-tron modelləri şaquli seçilən lövhələri olan yeni bamperlərə və yenidən işlənmiş Singleframe saxta radiator barmaqlığını əldə edib.
Krossoverlərdə həmçinin yeni yastı Audi loqotipləri tətbiq edilib və ən son dəbə uyğun olaraq, təkər tağlarının və kandarların seçilən rəngindən imtina edilib. Digər diqqətəlayiq dəyişiklik işıqlandırma texnikasının qrafikasıdır.
Audi Q4 e-tron
Opsional ön matrisa faraları və OLED arxa fənərlər indi MMI məlumat-əyləncə sistemi vasitəsilə fərdiləşdirilə bilən başqa LED naxışı alıblar.
İnteryerdəki dəyişikliklər daha genişmiqyaslıdırlar. Ön paneldə 11,9 düymlük cihazlar paneli və məlumat-əyləncə sisteminin 12,8 düymlük sensor ekranını özündə birləşdirən tək modul yerləşir. Əlavə ödəniş müqabilində, ön sərnişinin qarşısındakı panelə üçüncü 12 düymlük displey inteqrasiya oluna bilər.
Audi Q4 e-tron
Ön havalandırma deflektorları kiçildilib, iqlimə nəzarət sisteminin bloku yoxa çıxıb, oturacaqlar arasındakı konsol isə, artıq çıxıntıya malik deyil - transmissiya selektoru və stəkan tutacaqları artıq smartfonlar üçün iki soyudulan 15 vattlıq şarj qurğusu olan yeni meydançanın birbaşa arxasında yerləşdirilib.
Avtomobilin təchizatına həmçinin opsional Softwrap tərtibatı, ətraf işıqlandırması və ChatGPT əsaslı qabaqcıl səs köməkçisi daxildir.
Audi Q4 e-tron
Audi Q4 elektromobillərinin elektron köməkçilər dəsti də təkmilləşdirilib. Artıq krossoverlərin standart təchizatına parklama yardımçısı, kruiz-kontrol, zolağa nəzarət, təcili əyləcləmə, yol nişanlarının tanınması sistemləri, habelə sürücünün diqqətinin yayınması və yorğunluğunun aşkarlanması sistemi daxil ediləcək.
Krossoverlərin arsenalında sürətin saxlanılması, sürətlənmə, zolağın dəyişdirilməsi, əyləcləmə və parklanmağa kömək edən adaptiv yardımçılar da var. Bundan əlavə, yenilənmə ilə birlikdə, Q4 modelləri ilk dəfə xarici istehlakçılarını enerji ilə qidalandırmaq imkanına malik olublar.
Audi Q4 e-tron Sportback
Yenilənmə Q4 e-tron və Q4 Sportback e-tron elektrik krossoverlərinə daha səmərəli APP350 sinxron elektrik mühərrikini, təkmilləşdirilmiş şarj sistemini və yenidən baxılmış versiyalar xəttini gətirib.
Eyni zamanda, onların əvvəlki işarələnməsi sistemi də aradan qaldırıb. Məsələn, arxamühərrikli Audi Q4 e-tron baza versiyası (əvvəllər 40 indeksini daşıyırdı) yenilənmədən sonra artıq 204 at qüvvəsi və 350 Nm- malikdir. 63 kilovat/saatlıq batareya WLTP dövrünə uyğun olaraq standart versiyanı 440, Sportback versiyasını isə, 451 kilometr gediş ehtiyatı ilə təmin edir.
Xatırladaq ki, yenilənmədən əvvəlki modellərdə bu göstəricilər, müvafiq olaraq, 412 və 423 kilometr təşkil edirdi. İkinci, Q4 e-tron performance versiyasının (əvvəllər 45) ikimühərrikli güc qurğusu 286 at qüvvəsi və 545 Nm hasil edir, 82 kilovat/saatlıq dartma batareyasına malikdir və 578/592 kilometr məsafə qət edir.
İkimühərrikli Audi Q4 e-tron quattro (45 quattro) krossoverlərinin ümumi hasilatı 299 at qüvvəsi və 504 Nm-ə qədər artırılıb və indi onlar 558/573 kilometr məsafə qət edə bilirlər. Top Q4 e-tron quattro performance (55 quattro) versiyası 340 at qüvvəsi və 679 Nm-ə malikdir, 541/554 kilometr məsafə qət edə və hətta yeniləmədən sonra 1800 kiloqramlıq (əvvəlkindən 400 kiloqram çox) qoşqunu yedəyə ala bilər. Elektrik krossoverinin modifikasiyalarının şarj sisteminin gücü 160 ilə 185 kilovat arasında dəyişir.
Avropada yenilənmiş Audi Q4 e-tron modellərinə sifarişlərin qəbuluna may ayında başlanacaq. Almanlar adi kuzovu olan standart arxamühərrikli elektrik krossoveri üçün ən azı 47.500 avro tələb edəcəklər. Əvvəllər ən ucuz Audi Q4 40 e-tron modelinin qiyməti 46.150 avro idi.
Yenilənmiş Sportback indeksli krossoverin baza versiyanın qiyməti 49.450 avrodan, performance indeksi olan arxamühərrikli krossoverlərin qiyməti isə, müvafiq olaraq 53.500 və 55.450 avrodan başlayacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









