“Audi brendinin 15-illik uğurunu təmsil edən” krossover-bestsellerin üçünücü nəsli sentyabrın 2-də təqdim olunacaq. Yeniliyin xarici görünüşü təkamül xarakterli dəyişikliklərə məruz qalacaq, interyer isə, yenidən işlənəcək. Güc qurğusu çeşidinə gəlincə isə, ona əvvəlki kimi, elektrikləşdirilmiş benzin və dizel mühərrikləri daxil olacaq.

Tizerdə Audi üçüncü nəsil Q5 krossoverinin bir qədər uzadılmış ön fənəri nümayiş etdirilib. Demək olar ki, tizerdə gözə dəyməyən Singleframe radiator barmaqlığı bir qədər genişlənəcək və zəncir halqalarını xatırladan hüceyrələri olan yeni naxışı alacaq.

Lakin belə tərtibat bütün təchizat səviyyələri üçün əlçatan olmaya bilər. Kuzovun bir qədər idman görkəmini alması istisna olmaqla, eksteryerdə ciddi dəyişikliklərin baş verəcəyi gözlənilmir.

Salonda daha çox dəyişikliyin olacağı gözlənilir: burada, multimedia sisteminin, cihazlar panelinin displeyi ilə eyni şüşənin altında yerləşdirilmiş böyük müstəqil ekranı peyda olacaq. Avadanlıqların siyahısı, demək olar ki, yeni rahatlıq opsiyaları və "ağıllı" köməkçilərlə tamamlanacaqdır.

Krossover, böyük ehtimalla, A5 modelinin əsaslandığı MLB platformasının təkmilləşdirilmiş versiyasında inşa ediləcək. Daha sonra adi Q5 krossoverinə “bərkgedən” SQ5 və kupe formalı Sportback versiyaları qoşulacaq. Yeniliyin e-tron elektrik versiyası olmayacaq.

Bir müddət bundan əvvəl yuxarıda adı çəkilən A5 modelinin Çinin Huawei şirkəti tərəfindən hazırlanmış avtopilotu alacağı məlum olub. Qiankun ADS 3.0 kompleksi avtomobili şəhər küçələrində idarə etmək, müxtəlif maneələri tanımaq və sərbəst şəkildə park etmək qabiliyyətinə malikdir. A5 modelindən sonra bu avtopilot digər Audi avtomobillərində də tətbiq oluna bilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.