Çinin Changan, Huawei və CATL şirkətləri Avatr brendini 2021-ci ilin payızında təsis ediblər. 2024-cü ilin sonlarında bu brend özünün dördüncü modeli olan 06 sedanını təqdim edib, iki ay əvvəl isə, hibrid və sırf elektomobil kimi satışa çıxarılacaq 06T universalının şəkillərini paylaşıb. İndi isə, yeni model tam şəkildə debüt edib: qeyd etmək gərəkdir ki, yenilik sedandan təkcə kuzov növü ilə fərqlənmir.

Avatr 06T

Universalın iki zolaqlı gündüz hərəkət işıqları olan ön hissəsi ümumiyyətlə sedanı təkrarlayır. Bununla belə, ön bamperin tərtibatı güc aqreqatından asılı olaraq dəyişir: daxili yanma mühərriki olan versiyada xrom dekor, elektromobildə isə, aktiv hava girişləri mövcuddur. Damda qutuları və digər aksesuarları quraşdırmaq üçün reylinqlər, arxada isə, spoyler nəzərdə tutulub.

Avatr 06T

Modelin uzunluğu 4940 millimetr, eni - 1960 millimetr, hündürlüyü - 1475 millimetr, təkər bazası isə, 2940 millimetrdir: universal sedandan 85 millimetr uzun və 25 millimetr hündürdür. Bununla belə, avtomobilin eni və təkər bazası dəyişməz olaraq qalır.

İnteryer tərtibatı da sedandan götürülüb: ön tərəfdə 15,6-düymlük mərkəzi ekran və ön panelin bütün eni boyunca uzanan 35,4-düymlük nazik displey quraşdırılıb. Mərkəzi dirsəkaltının yanında stəkan tutacaqları və smartfonların simsiz şarj cihazı yerləşir, üçqollu sükan isə, demək olar ki, oval formadadır. Arxa divan üç nəfərə hesablanıb.

Avatr 06T

Elektromobil arxa və tam ötürmə ilə təklif ediləcək: birinci halda arxada hər biri 341 at qüvvəsi hasil edən iki mühərrik, ikinci halda isə, onlara 286 at qüvvəli ön mühərrik qoşulacaq. 89,33 kilovat/saatlıq batareya 740 kilometrdən (Çinin CLTC standartına əsasən) çox məsafə qət etməyə imkan verir.

Hibrid generator kimi fəaliyyət göstərən 1,5-litrlik turbomühərrik (156 at qüvvəsi) və sırf elektrik enerjisi ilə 330 kilometrə qədər məsafə qət etməyə imkan verən 45,06 kilovat/saatlıq batareya ilə təchiz olunub.

Avatr 06

Xatırladaq ki, elektrik sedanı arxa (343 at qüvvəsi) və ya tam ötürmə (598 at qüvvəsi) təklif edilir. Onun 72,88 kilovat/saatlıq batareyası isə, müvafiq olaraq, 650 və 600 kilometrlik yürüş ehtiyatını  təmin edir.

Hibrid sedan generator funksiyasını yerinə yetirən 156 at qüvvəli 1,5-litrlik turbomühərrik və arxa hissədə quraşdırılmış 314 at qüvvəli elektrik mühərriki ilə təchiz olunub. Hibrid sedan üçün təklif olunan 31,7 və ya 45,06 kilovat/saatlıq batareyalar sırf elektrik enerjisi ilə müvafiq olaraq, 170 və ya 240 kilometrlik gedişi təmin edirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Artıq məlumdur ki, yeni model ən son Huawei lidarı və HarmonySpace 5 rəqəmsal kokpiti ilə təchiz olunacaq. Əlavə detalların daha sonra açıqlanacağı gözlənilir: Avatr 06T universalının ilkin satışlarına aprel ayının 8-də başlanmalıdır.

Qiymətlər hələlik açıqlanmayıb.Xatırladaq ki, sedanın qiyməti 209.900 ilə 279.900 yuan (təxminən 30.500–40.700 dollar) arasında dəyişir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.