Yeni ekoloji və sertifikatlaşdırma standartları istehsalçıları öz avtomobillərini mövcud tələblərə uyğunlaşdırmaq üçün qeyri-standart üsullara əl atmağa məcbur edir. Avropada Toyota Land Cruiser adı altında satılan Toyota Land Cruiser Prado ofrouderinin indi iki “güzəştli” versiyası peyda olub.

 Birinci versiya yalnız Böyük Britaniya üçün nəzərdə tutulub - bu, Land Cruiser Commercial furqonudur, çünki burada kommersiya avtomobilləri üçün ekoloji və vergi güzəştləri nəzərdə tutulub.

Ofrouderin furqona çevrilməsi prosesi Corolla modellərinin istehsal olunduğu Derbişirdəki (Britaniya) Toyota zavodu tərəfindən həyata keçirilir. Belə avtomobil torlu arakəsməsi olan iki nəfərlik salona malikdir, arakəsmənin arxasında isə, düz döşəməsi olan yük bölməsi var. Onun uzunluğu 1685 millimetr, həcmi isə, 2000 litrdir. Furqon həsəd aparılacaq yedəkləmə qabiliyyətini qoruyub: qoşqunun maksimal çəkisi 3500 kiloqramdır.

Furqonun adi ofrouderlərdən əsas xarici fərqi arxa yan şüşələri əvəzləmiş bağlı panellərdir. Bununla belə, onlar birdəfəlik qaynaq edilməyiblər və pəncərə yerlərinə quraşdırılırlar: bir sözlə, lazım olduqda, onları asan şəkildə şüşələrlə əvəzləmək olar.

Salondakı bütün bərkitmə yerləri də qorunub saxlanılır: odur ki, belə bir Land Cruiser modelini yenidən minik avtomobilinə çevirmək mümkündür. Amma minik avtomobillərinə qarşı sürülən tələblərdən fərqlənən yük qaydaları sayəsində belə bir furqon əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verir.

Toyota Land Cruiser Commercial furqonunun qiyməti 52,700 funt sterlinqdən (61,600 avro) başlayır. Xatırladaq ki, standart ofrouder üçün ən azı 77,800 funt-sterlinq (90,900 avro) istənilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Toyota Land Cruiser Commercial furqonları standart 2.8-litrlik dördsilindrli turbodizel (204 at qüvvəsi, 500 Nm) ilə təchiz edilirlər. Lakin tezliklə Avropada satılan Land Cruiser “yumşaq” hibridə çevriləcək: belə versiya modelin debütü zamanı vəd olunub, lakin onun satışlarına yalnız indi başlanılır.

Adı çəkilən turbodizel 48 voltluq startyor-generator (16 at gücü, 65 Nm) ilə təchiz olunur. Elektrik mühərriki kəmərli ötürməyə malikdir və 4,3 Ah tutumlu kiçik litium-ion batareyası (çəkisi 7,6 kiloqramdır) təchiz edilir. Bütün elektrik sisteminin sudan diqqətlə təcrid olunduğu və buna görə də keçilən çay keçirinin dərinliyinin dəyişmədiyi (700 millimetr) vurğulanır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Belə bir hibrid sistem 2024-cü ilin əvvəlində Avstraliyada satılan Toyota Hilux pikapında debüt edib. Üstqurum ilk növbədə start-stop sisteminin daha rəvan işləməsi üçün nəzərdə tutulub, çünki dizel mühərrikinin işə salınması və söndürülməsi yüksək vibrasiyalar ilə müşayiət olunur. Bundan əlavə, Toyota startyor-generatorun karbon qazı emissiyasını azaltdığını və yanacağa 6-10% qənaət etməyə imkan verdiyini qeyd edir.

Toyota Land Cruiser hibridlərinin Avropadakı satışlarına 2025-ci ilin sonunda başlanmalıdır. Yeri gəlmişkən, Prado tamölçülü hibrid də ola bilər: 2,4-litrlik benzini turbomühərriki və quraşdırılmış elektrik mühərriki olan versiya artıq Amerika və Çində satılır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.