Yeni nəsil Toyota Land Cruiser Prado (J250) ofrouderi Avstraliya bazarında debüt edib. Beşinci qitədə satılan avtomobillər yalnız 204 at qüvvəli 2,8-litrlik turbodizel və səkkiz pilləli avtomatik transmissiya ilə təklif olunurlar. Kakadu adlanan top versiya isə, Avstraliya bazarı üçün xüsusi hazırlanmış və ilk dəfə təqdim edilmiş beş tərtibat səviyyəsindən birini seçməyə imkan verir.

Onun əsas xüsusiyyəti əvvəlki Prado üslubunda radiator barmaqlığı və Toyota yazısı əvəzinə brend emblemi olan fərqli "üz ifadəsidir". Kuzov dəstinin rənglənməmiş əksər elementləri indi kuzovla eyni rəngə boyanır, kandarlarda geniş ayaq dayaqları peyda olub, interyerin təchizatı da genişləndirilib. Prado Kakadu versiyasının qiyməti 100 min Avstraliya dolları (66 400 ABŞ dolları) təşkil edir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.