Bu il Bentayga krossoveri özünün 10 illik yubileyini qeyd edir: ilk və indiyə qədər yeganə Bentley krossoverinin təqdimatı 2015-ci ildə keçirilib. Hələlik təntənəli tədbirdən və ya xüsusi yubiley nəşrinin buraxılmasından söhbət getmir, lakin bu gün krossoverin Mulliner bölməsi tərəfindən hazırlanmış Atelier Edition adlı eksklüziv versiya təqdim olunub.
Onun əsas xüsusiyyəti Mulliner atelyesinin geri qaytarılmış tarixi rəngləridir: isti-boz Light Onyx, qırmızı Rubino, ağ Porcelain, boz Quartzite və yaşıl Light Emerald. Müştəri, əlbəttə ki, hər hansı digər kuzov rəngini də seçə bilər, lakin Mulliner mütəxəssisləri bu çalarları tövsiyə edirlər, çünki onların hər biri üçün özünəməxsus interyer tərtibatı hazırlanıb.

Xüsusi versiya həmçinin xaricində xrom haşiyə, içərisində isə, satinləşdirilmiş tor olan iki qatlı radiator barmaqlığı ilə təchiz edilir. Eyni həlldən ön və arxa bamperlərin tərtibatında da istifadə olunur.
Ön qanadlardakı xüsusi versiyanın adı həkk edilmiş dekorativ örtüklər də peyda olub. Görünüşü orijinal dizaynı və sabit mərkəzi qapaqları olan ikirəngli 22-düymlük təkər diskləri tamamlayır.

İnteryer tərtibatı və dekor birbaşa seçilmiş kuzov rəngindən asılıdır, lakin müştəri öz variantlarını da təklif edə bilər. Bununla belə, bütün Atelier Edition avtomobilləri unikal naxışı olan “xoş gəldin” xarici işıqladırması ilə təchiz edilir.
Kandarlar xüsusi versiyanın adı yazılmış lövhələrlə bəzədilib, oturacaqlarda və ön paneldə yeni basma-naxışlar var, bütün tikişlər isə, seçiləndirlər. Atelier yazısı olan kiçik bir etiket bütün başlıqlara tikilib. Krossoverlər yalnız beş yerlik salon konfiqurasiyasına, Bentley Diamond işıqlandırmasına və yanacaq çəninin orijinal qapağına malikdirlər.
Atelier Edition tərtibatını Bentayga krossoverinin istənilən versiyası üçün seçmək olar. Xatırladaq ki, W12 mühərrikinin istehsalı keçən il dayandırılıb. Odur ki, 4,0-litrlik V8 biturbo mühərriki (550 at qüvvəsi) və 3,0-litrlik V6 benzin aqreqatı və elektrik mühərriki (462 at qüvvəsi) olan hibrid güc qurğusu arasında seçim etmək mümkündür.
Hər iki halda Bentayga səkkiz pilləli avtomatik və tam ötürmə sisteminə malikdir, səkkizsilindrli avtomobillər isə, standart olaraq Bentley Dynamic Ride adaptiv asqısı və tam idarələnən şassi ilə təchiz edilir. Uzunbazalı Bentayga EWB modeli yalnız benzin mühərriki ilə təklif olunur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.