Üç il əvvəl Bentley Mulliner bölməsi kütləvi istehsal olunan Continental GT modelinə əsaslanan və kiçik seriya ilə buraxılacaq Batur kupesini nümayiş etdirib. Keçən il isə, oxşar Batur Convertible rodsteri işıq üzü görüb, lakin o zaman bu rodsterin “sıfır” saylı nümayiş nüsxəsi göstərilib. Mulliner bölməsi yalnız indi əmtəə avtomobillərinin istehsalına başlayıb və ilk müştəri Bentley Mulliner Batur Convertible modeli nümayiş etdirilib.

Hər bir Batur modeli əvvəlcədən müştəri ilə razılaşdırılmış spesifikasiyaya uyğun hazırlanır və ilk nüsxənin kuzovu təmkinli Opalite rənginə boyanıb. Bununla belə, narıncı haşiyəsi olan qara zolaqlar şəklində parlaq təzadlı elementlər də mövcuddur. Eyni narıncı rəngdən radiator barmaqlığının və qara rəngli təkər disklərinin tərtibatında da istifadə olunub.

İlk əmtəə rodsterinin əsas xüsusiyyəti - vizual olaraq sürücü və sərnişin hissələrinə bölünmüş təzadlı interyeridir. Belə tərtibat variantı ötən illərin idman avtomobillərindən ilham alınaraq yaradılıb. Sürücü oturacağı narıncı tikişlər və tikmə naxışlar olan qara dəri və alkantara ilə üzlənib, sərnişin oturacağı isə, açıq rəngdədir.

Oturacaqların arxasında iki səyahət çantası üçün yer var ki, bu çantalar da inteyer tərtibatı ilə eyni rənglərdədirlər. Hətta avtomobilin iki açarı da belə rənglərə malikdirlər. Təzadlı tərtibatla yanaşı, interyer titan elementlərinin bolluğu ilə diqqəti cəlb edir: sükanaltı dəstəklər, hava deflektorlarının dəstəkləri və digər kiçik açarlar bu materialdan hazırlanıb.

Orijinal kupe kimi, Batur Convertible də 6,0-litrlik W12 biturbo mühərrikinin ən güclü versiyası ilə təchiz edilib: onun hasilatı 750 at qüvvəsi və 1000 Nm-dir. Güc qurğusu səkkiz pilləli preselektiv “robot” ilə tandemdə çalışır. Tam ötürməli rodster titandan hazırlanmış buraxılış sistemi ilə təchiz olunub.
Hər birinin qiyməti iki milyon funt-sterlinqdən çox olan 16 əmtəə rodsteri buraxılacaq. Bu, istehsalı bir il bundan əvvəl başa çatan W12 mühərrikli sonuncu kiçik miqyaslı seriya ilə buraxılacaq sonuncu model deyil: 12 nüsxəlik tiraj ilə buraxılacaq daha bir Bentley modeli yoldadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.