BMW şirkəti 2022-ci ildə təqdim edilmiş G87 nəsldən olan BMW M2 idman kupesinin modifikasiya çeşidini genişləndirməyə davam edir. İki il əvvəl bavariyalılar modeli yüngülcə yeniləyib və gücləndiriblər, keçən il isə, ekstremal BMW M2 Racing və M2 CS modellərini təqdim ediblər. İndi istehsalçı standart modeli trekdə istifadəyə uyğunlaşdırmaq üçün hazırlanmış yeni opsional təkmilləşdirmələr paketini təqdim edib.

Bu dəst M Performance Track Kit adlanır. O, M2 idman kupesinin güc aqreqatına müdaxiləni nəzərdə tutmur: 3,0-litrlik altısilindrli biturbomühərrik həmişəki kimi 480 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir.

Bununla belə, tənzimlənən splitter, kanardlar və hücum mövqeyini və bucağını trek rejimindən yol rejiminə dəyişdirə bilən (Almaniya yol qanunvericiliyi ilə müəyyən edildiyi kimi) karbondan hazırlanan böyük arxa antiqanadın quraşdırılması sayəsində yerəsıxma qüvvəsi və yol tutuşu əhəmiyyətli dərəcədə artırıb. 

Təkmilləşdirilmiş kupe həmçinin tənzimlənən amortizatorları olan idman asqısına malikdir – belə asqı klirensi müstəqil şəkildə ön və arxa oxda 20 millimetr aralığındada  tənzimləməyə imkan verir.

M Performance Track Kit dəstinin qiyməti 23.500 avrodur (quraşdırma istisna olmaqla). Xatırladaq ki, BMW M2 kupesinin baza versiyasının qiymətu 75.000 avrodan başlayır. Bavariyalılar qürurla iddia edirlər ki, bu dəst BMW M mütəxəssislərinin geniş yarış təcrübəsinə əsaslanaraq hazırlanıb. Eyni zamanda, dəstin daha effektiv tətbiqi üçün əlavə Ultra Track şinləri alınmalıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Eyni zamanda, BMW həmçinin 530 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən “biturboaltılıq” ilə təchiz olunmuş yüngül BMW M2 CS kupesi üçün yeni opsiya hazırlayıb. İndi qiyməti 115.000 avrodan başlayan bu idman avtomobili üçün karbon və titandan hazırlanmış çıxış borusu olan yeni M Performance buraxılış sistemini sifariş etmək mümkündür. Opsiyanın qiyməti 8.343 avro təşkil edir. Tərtibatçılar onun quraşdırılmasının avtomobilin səsini yaxşılaşdıracağını və həmçinin quru çəkisini (1700 kiloqram) 8 kiloqram azaltacağını iddia edirlər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.