BMW şirkəti yığcam 1 Series hetçbekinin dördüncü nəslini təqdim edib. İstehsalçı bu avtomobili tamamilə yeni adlandırır və bunu sübut etmək üçün hətta modelin zavoddaxili kodunu F40-dan F70-ə dəyişdirib. Əslində bu yenilik 2019-cu ilin ön ötürməli 1 Series hetçbeknin dərin modernləşdirilməsinin nəticəsidir. Debütündən beş il sonra planlaşdırılmış yeniləmənin vaxtı gəlib çatıb və həyata keçirilib.

Yan tərəflərin və qapı girişlərinin saxlanmasına baxmayaraq, yenilənmiş 1 Series hetçbekləri ciddi şəkildə yenilənmiş ön və arxa hissəyə sahib olublar. Ön tərəfdə yeni fənərlər, habelə iri hava girişləri və bucaqlı firma burunları olan bamperi əldə edib. Arxa fənərlər formasını və içalatanı dəyişib, buraxılış sisteminin çıxış boruları indi yeni bamperin altında gizləniblər.

Ümumi ölçülər demək olar ki, dəyişməz qalır: hetçbekin uzunluğu 42 millimetr (4361 millimetr), hündürlüyü isə, 25 millimetr (1459 millimetr) artıb.Avtomobilin eni (1800 millimetr) və təkər bazası (2670 millimetr) dəyişməz qalıb.

“Birin” interyeri də yenidən işlənib. Ön panel, böyük modellərdə olduğu kimi, indi cihazlar panelinin (10,25 düym) və media sisteminin displeylərini (10,7 düym) birləşdirən vahid bloka malikdir. Sonuncu sürətli giriş menyusu və üçüncü tərəfin proqramlarını quraşdırmaq imkanı olan müasir BMW OS 9 qabığı ilə işləyir. Eyni zamanda, düymələrin və tutacaqların sayı xeyli azalıb.

Havalandırma sisteminin mərkəzi deflektorları vahid geniş hava kanalı ilə əvəz olunub, yan tərəfdəkilərin isə, tərtibatı dəyişib. Transmissiyanın dəstəyinin yerini yığcam coystik tutur. Əlbəttə ki, yeni sükan çarxını da qeyd etmək gərəkdir. Baqajın həcmi dəyişməyib: rəfin altında 380 litrlik məkan var, arxa oturacaqlar qatlanması halında isə, bu həcm 1200 litrə qədər artır.

Texniki hissə ilə bağlı əsas yenilik mexaniki transmissiyadan imtina olub: indi bütün hetçbeklər ikimuftalı yeddi pilləli “robot” ilə təchiz edilirlər. Modifikasiya indekslərinə yenidən baxılsa da, mühərriklər eyni qalır.

BMW şirkətinin benzin versiyalarını işarələmək üçün "i" hərfindən imtina etdiyi ilk model məhz 1 Series olub. İndi benzin mühərrikli bütün avtomobillərdə hərf indeksi olmayan yalnız üçrəqəmli işarələnmə tətbiq ediləcək.

Baza versiyası 1,5-litrlik turbomühərriki (170 at qüvvəsi, 280 Nm) ilə təchiz edilən BMW 120 versiyasıdır. Baza hetçbeki 100 km/saata 7,8 saniyəyə sürətlənir. 2,0-litrlik dörrdsilindrli turbodizel 100 km/saata müvafiq olaraq, 8,3 və 7,9 saniyəyə sürətlənən BMW 118d (150 at qüvvəsi, 360 Nm) və BMW 120d (163 at qüvvəsi, 400 Nm) modifikasiyalarında quraşdırılır. Bütün sadalanan variantlar 48 voltluq startyor-generator ilə təchiz edilir.

Tam ötürməli top versiya da yenilənib və indi BMW M135 xDrive adlanır. O, adaptiv asqıya sahib olub, lakin 2,0-litrlik benzin “turbodördlüyü” hasilatda itirib: indi o, 300 at qüvvəsi və 400 Nm əvəzinə 306 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edir.

Bu, səkkiz pilləli avtomatik transmissiya əvəzinə quraşdırılan ikimuftalı yeddi pilləli “robot” quraşdırılması ilə bağlıdır. İlk “yüzlüyə” sürətlənmə vaxtı 4,7-dən 4,9 saniyəyə yüksəlib, maksimal sürət isə, əvvəlki kimi 250 km/saat həddində məhdudlaşdırılıb.

M versiyası zahiri cəhətdən aqressiv kuzov dəsti və 18 düymlük təkər diskləri ilə seçilir. Əlavə ödəniş müqabilində daha da sərt asqısı, çoxtərkibli əyləcləri və 19 düymlük təkər diskləri olan M Technology paketini sifariş etmək mümkündür. Üstəlik, bu dəsti adi hetçbeklər üçün də sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW 1 Series hetçbekləri əvvəlki kimi Leypsiqdəki zavodda istehsal olunacaqlar, Avropadakı satışların isə, oktyabr ayında başlaması planlaşdırılır. Almaniyadakı satış qiymətlər artıq məlumdur: BMW 120 baza versiyasının qiyməti 37 900, BMW M135 xDrive top versiyasının isə, 56 200 avrodan başlayır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.