Şirkətin top menecerləri benzin mühərriklərinin gələcəyi haqqında demək olar ki, sinxron şəkildə danışıblar. ABŞ və Yaxın Şərqdə V8 mühərrikləri tələb olunur, M seriyasından olan modellərin tullantılarını azaltmaq üçün isə, altısilindrli aqreqatlardan “turbodördlüklərin” xeyrinə imtina etmək belə olmaz. BMW hesab edir ki, bu, təkcə məhsuldarlıq ilə deyil, həm də səs və hisslə bağlıdır.
BMW idarə heyətinin üzvü Yoxen Qoller “Financial Times nəşrinə ABŞ-da elektromobillərin satışlarının [Trampın əmrindən sonra] yavaşlaya biləcəyini söyləyib, lakin bununla belə, şirkət benzin və plagin hibrid versiyaları ilə bağlı optimistimizmini qoruyub saxlayır.

Bavariya istehsalçısının digər top-meneceri Frənk Veber, “Automotive News Europe” nəşrinə verdiyi müsahibəsində V8 mühərrikinin bəzi bazarlarda vacib olduğunu vurğulayıb.
ABŞ hökumətinin tətbiq etdiyi yeni tariflər BMW şirkətinə elə də ciddi təsir göstərməyəcək, çünki bu ölkədə satılan avtomobillərin 65 faizi elə orada yığılır. Gərəcəkdə də bavariyalılar daxili yanma mühərriklərinin üstündən xətt çəkməyə hazır deyillər: onlar yanacaqlı mühərriklərin təkmilləşdirilməsi və daha sərt emissiya standartlarına uyğunlaşdırılmasına davam edəcəklər.

Yoxen Qoller “insanların güc qurğularına görə ayrı-seçkiliyə məruz qalmaq istəmdikdlərini” vurğulayıb. BMW M şirkətinin rəhbəri Fran van Mil də onu dəstəkləyib. O, “Drive” jurnalına “bütün mümkün konsepsiyaların” inkişaf mərhələsində olduğunu bildirib, ona görə də, eyni zamanda, həm benzin, həm də sırf elektrik versiyalarının üzərində çalışmalar davam etdirilir.
Bununla belə, turbo-dördlüyə əsaslanan plug-in hibrid BMW M-in planlarının bir hissəsi deyil: belə kiçilmə dövrə vaxtlarına zərər verir, çünki elektrik stansiyası uzun müddət maksimum performansla işləyə bilməz. 2,0 litrlik mühərrikə malik Mercedes-AMG C 63 super hibridinin zəif satışları BMW-nin konservativ strategiyasının düzgünlüyünü təsdiqləyir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.