BMW model cərgəsinin ənənəvi payız yenilənməsini həyata keçirib. Bu dəfəki yenilənmə bir neçə avtomobilin mühərrik çeşidinə təsir göstərib. Avropaya spesifikasiyasında olan BMW 2, 3 və 4 Series modelləri indi təkmilləşdirilmiş 3,0-litrlik altısilindrli mühərrikə sahib olublar.

Yenilənmiş “turboaltılıq” artıq 392 at qüvvəsi və 540 Nm hasil edir ki, bu da əvvəlkindən 18 at qüvvəsi və 40 Nm daha çoxdur. Üstəlik, maksimal fırlanma anı, əvvəlki kimi, 1900 dövr/dəqiqədən əlçatandır. Mülayim hibrid variantı (12 at gücündə) saxlanılıb, səkkiz pilləli avtomatik transmissiya da eynidir. Təkmilləşdirilmiş mühərriklər BMW M240i xDrive, BMW M340i xDrive (sedan və universal) və BMW M440i xDrive (kupe, kabriolet və liftbək) modellərində peyda olublar. Yenilənmiş turbomühərrik sayəsində 3 və 4 seriyadan olan modellər 0-100 km/saata 0,1 saniyə daha yeyin sürətlənirlər. Məsələn, M340i xDrive sedanı bu işə 4,3 saniyə sərf edir.

BMW şirkəti təkmilləşdirilmiş sıralı altısilindrli turbomühərrikin nəinki daha güclü, həm də daha qənaətcil olduğunu vurğulayır. Məsələn, BMW M240i xDrive kupesinin 100 kilometrə orta yanacaq sərfiyyatı 8,8-dən 8,0 litrə düşüb. Özü də, avtomobillərin çəkisinə təsir edən əlavə ekoloji təkmilləşdirmələrə baxmayaraq: məsələn, M240i kupesi 65 kilorqam, M340i sedanı isə, 110 kiloqram “arıqlayıb”.
Bundan əlavə, payız yeniləməsinə bir sıra kosmetik və funksional təkmilləşdirmələr daxildir. BMW 4 Series Gran Coupe və BMW i4 üçün əlavə adaptiv işıqlandırma paketinə indi lazer-lüminessent arxa fənərlər daxil edilib. BMW 420i, BMW 420d və BMW 420d xDrive üçün bu dəsti M Sport Pro paketindən ayrılıqda sifariş etmək olar. Yeni kuzov rəngləri və dekorativ seçimlər də əlavə edilib. Təkmilləşdirilmiş 3,0-litrlik turbomühərrikləri və digər yenilənmələri almış avtomobillər bu ilin sonunda Avropa dilerlərinə çatdırılmağa başlayacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.