Təkmilləşdirmələr paketinə şassiyə yüngül qoruyucu örtüyün çəkilməsini, yeni güzgülər, daha geniş tənzimləmə diapazonuna malik olan antiqanad və daha böyük hava girişləri daxildir. M4 GT3 Evo versiyasının kapotunun altında 590 at qüvvəli 3,0-litrlik tvin-turbo “altılıq” var. Aqreqat altı pilləli Xtrac yarış sekvental ötürmələr qutusu və elektrohidravlik mufta ilə birləşdirilib. Avtomobilin qiyməti 578 min avrodur.

Yeni M4 GT3 Evo gələn il yarışacağı “ADAC RAVENOL 24h Nürburgring” marafonunun başlanması ərəfəsində debüt edib. Kupenin hazırlanması yarış komandaları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib və təkmilləşdirilən əsas sahələr idarəetmə, qənaət və etibarlılıq olub. Məsələn, şassi artıq rənglənmir, onun əvəzinə katod dalmasından istifadə edərək xüsusi yüngül örtüklə üzlənir. Evo həmçinin daha kiçik güzgülərə, daha böyük hava girişlərinə və antiqanadın geniş diapazonda tənzimləmələrinə sahib olub.

Ön və arxada yeni köndələn dayanıqlıq stabilizatorları quraşdırılıb. Əyləclər böyüdülmüş diskləri alıblar. Yenidən sazlanmış differensialı tənzimləmək daha asandır, üstəlik, optika tamamilə yenilənib. Yeni livreya BMW M rənglərində hazırlanıb və uzaqdan həcmli görünür. BMW M Motorsport da kuzovun tünd bölgələrində örtükdən istifadə etməyi dayandırıb - indi orada "çılpaq" karbonplasik var. Avtomobil 590 at qüvvəli 3,0-litrlik P58 sıralı altısilindrli tvin-turbo mühərrik ilə təchiz edilir. Transmissiya - M8 GTE modelindən götürülmüş Xtrac sekvental ötürmələr qutusudur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

M4 GT3 kupesinin kuzovu tamamilə karbonplastikdən hazırlanır. Kupe tənzimlənən ön splitterə, bir neçə müdaxilə səviyyəsi olan trəkşn-kontrola və əsas elementləri BMW M Track Cockpit bort kompüteri və Fanatec ilə əməkdaşlıqda hazırlanmış sükan olan spartan salona malikdir. O, dəyişdirilmədən yarış simulyatorları ilə uyğun gəlir. Digər xüsusiyyətlər:  Makrolon polikarbonatından şüşə və M6 GT3 modelindəkindən iki dəfə güclü iqlim qurğusudur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.