Bu il BMW X5 krossoveri özünün 25-illik yubileyini qeyd edir. Xatırladaq ki, 1999-cu il sentyabrın 1-də Amerikanın Spartanburq şəhərindəki zavodun konveyerdən E53 nəslindən olan X5 krossoverinin ilk nüsxəsi çıxıb. O vaxtdan bəri, bütün dünya üzrə dörd nəslidən olan üç milyondan çox X5 modeli satılıb.

BMW artıq ABŞ və Kanada bazarları üçün xüsusi yubiley versiyalarını təqdim edib: onları ofroud anturajı birləşdirir, baxmayaraq ki, seçilmiş rəng və dekorativ həllər fərqlidir. İndi isə, növbə çinli alıcılara gəlib çatıb. Çin bazarı üçün isə şirkət maksimal dəbdəbəyə və hətta kitçə üstünlük verib.

BMW X5 Dark Flame yubiley krossoveri uzunbazalı xDrive40 L modifikasiyasına əsaslanır. “Tünd Alov” standart analoqlarından kuzovun mavi Sapphire çaları ilə bərq vuran qara rəngi ilə fərqlənir.

İşıqlandırılmış radiator barmaqlığının firma burunlarını, bamper və qanadlardakı hava kanallarını, həmçinin yan şüşələrin haşiyəsi Titan Gold dekoru ilə vurğulanır. Hətta arxa tərəfdəki nişanlar da qızılı rəngdə işlənib, arxa işıqlar və çıxış boruları da tündləşidirlib. 22-düymlük təkər diskləri quraşdırılıb, əlbəttə qara rəngdə.

BMW X5 Dark Flame bütün mümkün opsiyalarla təchiz edilib və ən dəbdəbəli interyerə malikdir. Baxmayaraq ki, btərtibat üçün əsl dəri deyil, qızıl sapla tikişi olan bahalı qara Sensafin süni dərisindən istifadə edilir. Ön panel karbonplastiklərdən dekorativ örtmələrlə bəzədilib.

Avadanlıq siyahısına dörd zonalı klimat-kontrol, qızdırılan və havalandırılan oturacaqlar və qabaqcıl Harman/Kardon audio sistemi daxildir. Ən maraqlı elementlər - xüsusi versiyanın mərkəzi konsoldakı, ön oturacaqların kürək hissəsindəki və işıqlandırılmış qapı kandarlarındakı loqotipləridir. 

Üstəlik, qürurverici Dark Flame adından qapı ətrafındakı əraziyə proyeksiya üçün istifadə olunur.

Texniki cəhətdən, xüsusi versiya 3105 millimetrə qədər uzadılmış təkər bazası, 3,0-litrlik sıralı “turboaltılığı” (380 at qüvvəsi, 520 Nm), 48 voltluq startyor-generatoru və səkkiz pilləli avtomatik transmissiyası olan adi BMW X5 xDrive40 Li versiyasını təkrarlayır. Dark Flame versiyası pnevmatik asqı, həmçinin M Sport dəstindən olan prevmatik asqı, gücləndirilmiş əyləclər və buraxılış sistemi ilə təchiz edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Cəmi 1000 ədəd BMW X5 Dark Flame krossoveri istehsal olunacaq ki, onların hamısı Çin bazarı üçün nəzərdə tutulub. Bu, şübhəsiz ki, alman brendinin yerli pərəstişkarlarını sevindirəcək, çünki son vaxtlar Çində BMW satışları 30% azalıb.

Yubiley avtomobili üçün 830 min yuan (116 500 dollar) ödəmək gərəkdir ki, bu da M Sport paketi olan donor krossoveri üçün istəniləndən 100 min yuan (14 min dollar) çoxdur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.