İki il əvvəl BMW şirkəti Z4 rodsterinə əsaslanan üçqapılı şutinq breyki nümayiş etdirmişdi, lakin həmin avtomobil yeganə nüsxədə inşa olunmuşdu. İndi isə, dəbli üçqapılı universal ideyası fərqli yanaşmalarla geri qayıdıb. Hər il keçirilən Villa d'Este 2025 Concours d'Elegance müsabiqəsində nümayiş etdirilən BMW Concept Speedtop modeli BMW 8 Series Coupe modelinin əsasında hazırlanıb və məhdud saylı seriya ilə istehsal olunacaq.

Speedtop keçən ilki BMW Concept Skytop konseptinin növbəti inkişafıdır: avtomobillər eyni üslubda hazırlanıb, eyni köpəkbalığı burnuna və unifikasiya olunmuş işıqlandırma texnologiyasına malikdirlər. Ənənəvi qapı tutacaqları əvəzinə, pəncərə xəttinin düz altında gizlənmiş “dillər” var. Avtomobillər əslində yalnız kuzovun yuxarı hissəsi və təkər disklərinin dizaynı ilə fərqlənirlər.

Üçqapılı BMW Concept Speedtop kapotundan başlayan mərkəzi oxşəkilli ştamplamanı davam etdirən orijinal dam örtüyünə malikdir. Baqaj iki bölməyə bölünür: yuxarıda üçüncü qapının kandarı səviyyəsində quraşdırılmış hündür döşəmə, aşağı hissəsi isə, sərnişin salonuna doğru uzanır və yan boşluqlarla təchiz edilib.

Orijinal kupenin interyeri praktiki olaraq toxunulmaz qalıb, yalnız tərtibatda ən bahalı materiallardan, o cümlədən həqiqi dəridən istifadə edilib (baqaj da eyni tərtibata malikdir). Cəmi iki oturacaq var, onların arxasında xüsusi olaraq bu avtomobil üçün hazırlanmış və dəstə daxil olan italiyan Schedoni şirkətinin çantaları yerləşdirilən boşluqlar var.

BMW Concept Speedtop universalının çeşiddəki ən güclü V8 mühərriki ilə təchiz olunduğu bildirilir. Bu o deməkdir ki, əsas olaraq M8 Competition modifikasiyası götürülüb: onun 4,4-litrlik tvin-turbo mühərrik 625 at qüvvəsi və 750 Nm hasil edir. Başqa texniki dəyişikliklər barədə məlumat verilməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lakin şutinq breykin tirajı dərhal elan olunub: 70 ədəd üçqapılı avtomobil istehsal olunacaq və onlara sifarişlər artıq qəbul olunur. Hər bir nüsxənin qiyməti 500 min avronu keçəcək. 50 ədəd üstü açıq BMW Concept Skytop avtomobillərinin partiyasını istehsal etmək qərarı dərhal qəbul edilməsə də, indi kiçik seriyalı eksklüziv modellərin istehsalı BMW M bölməsi üçün daimi vəzifəyə çevriləcək, çünki belə avtomobillər markanın statusunu və mövqeyini yüksəldir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.