BMW X5 krossoverinin artıq ABŞ bazarında satılan yubiley versiyası var. İndi alman şirkətinin Kanadadakı nümayəndəliyi belə mühüm modelin 25 illik yubileyini qeyd etmək qərarına gəlib. Bu bazar üçün tirajı 250 nüsxə ilə məhdudlaşan daha bir xüsusi versiya hazırlanıb.

Unikal eksteryer tərtibatına malik olan BMW X5 Edition 25 Jahre yubiley krossoveri xDrive40i versiyasına əsaslanır: avtomobildə M Sport və xLine paketlərinin birləşməsi tətbiq edilib. Şüşələrin haşiyəsində, “qəlsəmələrdə”, dam reylinqlərində və radiator barmaqlığında zavod antixromundan istifadə olunub, bamperlər və yan ətəklər isə, alüminium vurğularını saxlayıblar. Y-şəkilli milləri olan 21-düymlük Orbit Grey diskləri ilk BMW krossoverlərini xatırlatmalıdırlar.

Yubiley modelinin hər iki rəngi X5 E53 çalarlarına tam uyğun gəlir, üstəlik, qeyri-adi rənglər (tünd yaşıl Oxford Green II və ya tünd göy Le Mans Blue) seçilib. Daxili tərtibat seçilmiş kuzov rəngindən asılıdır. Texniki hissədəki təkmilləşdirilmələr xOffroad paketinin əlavə edilməsi ilə nəticələnib: ofroud rejimləri genişləndirilib, pnevmatik asqı, arxa differensial kilidi, kuzovun altlığının əlavə müdafiəsi və “şəffaf” kapot funksiyası standart təchizata daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əslində, Kanada bazarı üçün hazırlanmış xüsusi versiya Şimali Amerika üçün hazırlanmış yubiley versiyasına bənzəyir, lakin onun qiyməti bir qədər aşağıdır. Yeni yebiley versiyasının qiyməti 102 500 Kanada dollarından (75,3 min ABŞ dolları) başlayır, qonşular isə, 1000 nüsxəlik tirajla buraxılmış xüsusi versiya üçün isə, ən azı 81 075 dollar ödəməli olublar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.