BMW şirkətinin Yaponiyadakı nümayəndəliyi unikal X7 Nishiki Lounge krossoverini nümayiş etdirib. Xüsusi krossover ulduzlu səmadan ilhamlanaraq yaradılıb, layihənin həyata keçirilməsində isə, bir neçə yapon atelyesi iştirak edib. BMW bu yolla yapon ustalarının məharətinə olan hörmətini nümayiş etdirib.

Nishiki Lounge nəşri BMW X7 modelinin baza versiyasından iki rəngli kuzovu ilə fərqlənir: yuxarı hissə boz Space Silver rənginə, aşağı hissə isə, ay işığını və qaranlıq gecə səmasını simvolizə edən mavi Individual Velvet rəngə boyanıb. Bu obrazı, X7 modeli üçün opsional avadanlıq olan radiator barmaqlığının işıqlandırılması tamamlayır.

Əsas dəyişikliklər yapon sənətkarları tərəfindən təkmilləşdirildikdən sonra daha çox sənət obyektinə bənzəyən interyerdə gizlidirlər. Ön panel və mərkəzi tuneldə Rakugei Kobo firması tərəfindən yaradılmış və ulduzlu səmanı təqlid edən dekorativ bəzəklər peyda olub.

Bu effekt işıq qaytaran folqa təbəqələrindən ibarət olan material sayəsində əldə edilib. Onlar bir-birinə adi yapışqan ilə deyil,  rəngdən-rəngə çalma və parlaqlıq effekti verən xüsusi lak ilə bağlanır. Bənzər naxışa, iri hörməsi və dəyişkən qalınlığı (2 ilə 4 millimetr arasında) olan kuska materialı ilə örtülmüş dirsəkaltı da malikdir.

Döşəmə Kawashima Selkon firmasının kilimləri ilə örtülüb. Onların əsas xüsusiyyəti, ikat boyama texnikasından istifadə edilərək yaradılmış gecə səmasının ulduzlu naxışıdır. Xüsusi buraxılışın loqotipləri də mövcuddur.

Unikal dekorasiya ilə yanaşı, BMW X7 Nishiki Lounge 15.000 LED ilə işıqlandırılan panorama dama, məkani səsi olan Bowers & Wilkins Diamond audio sisteminə və əlavə kristal dekora malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nishiki Lounge sıralı altısilindrli 3,0-litrlik biturbo dizel mühərriki (352 at qüvvəsi, 720 Nm) və səkkiz pilləli avtomatik transmissiya ilə təchiz olunmuş xDrive40d modifikasiyasına əsaslanır: bütün avadanlıqlar standart olaraq qalır.

BMW X7 Nishiki Lounge krossoveri yeganə nüsxədə inşa edilib və parlayan ulduzların gözəlliyi ilə dolu olan rahat məkan ideyasını təcəssüm etdirmək üçün nəzərdə tutulub. Belə xüsusi versiyanı tirajlamaq planları yoxdur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.