Las-Veqasda keçiriləcək CES 2025 sərgisində BMW Group innovativ BMW Panoramic Vision panoram displeyi və BMW Operating System X əməliyyat sistemi olan yeni BMW iDrive sisteminin seriyaöncəsi versiyasını nümayiş etdirəcək. Yeni seçim 2025-ci ilin sonundan başlayaraq bütün yeni modellərin standart təchizatına daxil olacaq.

Yeni BMW iDrive sistemi dörd əsas elementi özündə birləşdirir: məlumatı ön şüşənin bir sütunundan başlayaq digər sütununa qədər olan sahədə əks etdirən BMW Panoramic Vision proyeksiya displeyi, opsional 3D proyeksiya displeyi, matrisa işıqlandırmalı mərkəzi sensorlu ekran və toxunuşa reaksiya verən yeni çoxfunksiyalı sükan çarxı və işıqlandırılan düymələr.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Android Open Source Project əsaslı BMW Pperating System X əməliyyat sistemi səsli idarəetməni təkmilləşdirmək üçün, süni intellekt texnologiyalarından və böyük dil modellərindən istifadə də daxil olmaqla, qabaqcıl yenilənmə və fərdiləşdirmə imkanları təklif edir. Sistem BMW Group laboratoriyalarında 3000 müştərinin iştirakı ilə sınaqdan keçirilib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.