Brabham markasının keçən il təqdim edilmiş ilk superkarı yalnız trekdə istifadə üçün nəzərdə tutulub. Ümumi yollarda istifadəyə icazə olmadığı üçün avtomobili trekə xüsusi treylerdə daşımaq lazım gəlir. Əlbəttə ki, bu superkar sahiblərinin haqlı narazılığına səbəb olub. Onlar avtomobilləri ilə trekə yollanmaq, sonra isə geri qayıtmaq arzusunda olduqlarını bildiriblər.
İstehsalçı müştərilərinin arzusunu nəzərə alaraq, Road Complimance Conversion adlı dəst hazırlayıb. Opsional dəst Brabham BT62 modelinə qanuni şəkildə ümumi istifadə yollarında hərəkət etmək imkanı verəcəkdir. Qanunla tələb olunan avadanlıqla yanaşı (dönmə işıqları və dövlət nömrə nişanının bərkitmə nöqtələri), kupe kondisionerə, immobilayzerə və qapı qıfıllarına sahib olub. Nahamar yollarla hərəkət zamanı avtomobilin klirensini artırmaq mümkündür. Daha yaxşı manevr qabiliyyəti üçün isə, ön təkərlərin dönmə bucağı artırılıbdır. Nəhayət, salonun tərtibatı yaxşılaşdırılıbdır.
Məlum məsələdir ki, bu yeniliklər avtomobilin çəkisinin artmasına gətirib çıxarıb. Texniki cəhətdən isə superkar dəyişilməyib – 710 at qüvvəli 5,4-litrlik V8 mühərrikə və pnevmoötürməli altı pilləli sekvental qutuya toxunulmayıb. Avtomobilin dinamik xarakteristikaları açıqlanmayıb. Road Complimance Converson dəstinin qiyməti 150 min funt-sterlinqdir. Xatırladaq ki, Brabham BT62 bir milyon funt-sterlinqə satılı. BT62 70 nüsxəlik tirajla buraxılacaqdır.