Bugatti Chiron hiperkarının sonuncu 500-cü nüsxəsi L’Ultime adlanır. Sonuncu hiperkar, 2016-cı il Cenevrə avtosalonunda debüt etmiş nüsxə ilə eyni Atlantic Blue/French Racing Blue rənginə boyanmış Super Sport versiyasına əsaslanır. Ancaq burada qradiyent tərsinə çevrilib, təkər diskləri isə, kuzovun müvafiq hissəsi ilə eyni rəngə boyanıblar. Bundan əlavə, Chiron tarixinin ayrılmaz hissəsinə çevrilmiş yerlərin və hadisələrin adları yan tərəfə əl ilə həkk ediliblər.

Belə yerlərə misal kimi, hiperkarın dünya təqdimatının keçirildiyi Cenevrə, Fransada keçirilən zəriflik müsabiqəsi ilə məşhur olan Şantiyi şəhərini göstərmək olar. İdarəetmə testlərinin keçirildiyi Paul Ricard trekini də yaddan çıxarmaq olmaz. Siyahıya həmçinin Bugatti hiperkarının vətəni Molshaym şəhəri, eləcə də şirkətin öz müştəriləri üçün test-drayvlar təşkil etdiyi Kanaveral Burnu və Şato Sen-Janı şəhəri də daxildir.

L’Ultime hiperkarının digər xüsusiyyətləri isə, adi Super Sport modelindəkindən fərqli toru olan radiator barmaqlığındakı mavi Bugatti loqotipi, ora-bura səpələnmiş “500” rəqəmi və yan güzgülərinin korpuslarındakı Fransa bayrağıdır. Hiperkarın salonu Deep Blue rəngində həll edilib və Blue Carbon Matt dekorativ örtükləri ilə bəzədilib. Qapılardakı əlavələr hörülmüş nazik dəridən zolaqlarından hazırlanır.

Hiperkar 1600 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edən dörd turbokompressorlu 8,0-litrlik W16 mühərriklə təchiz olunub. Güc aqreqatı ötürmə nisbətlərinin tənzimlənmiş iki muftalı yeddi pilləli "robot" ilə tandemdə çalışır. Chiron Super Sport hiperkarı 100 km/saata 2,3 saniyəyə sürətlənir. Maksimal sürət - 440 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Növbəti Bugatti modeli Chiron hiperkarının firma xüsusiyyətlərini miras olaraq alacaq, lakin onun güc qurğusu fərqli olacaq – 8,3-litrlik V16 mühərrikinə əsaslanan hibrid güc qurğusu. Aqreqatın gücü təxminən 1000 at qüvvəsi olacaq. Digər 800 at qüvvəsini isə, üç elektrik mühərriki ilə təmin edəcək. Beləliklə, kupe 1850 at qüvvəli Bolide prototipinə daha yaxın olacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.