Bugatti hiperkarlarını həddindən artıq incəlikdə və qeyri-ciddi olmaqda günahlandırmaq mümkün deyil. Lakin Bugatti Sur Mesure fərdiləşdirmə bölməsinin yeni layihəsi məhz belə xüsusiyyətlərə malikdir. Brendin daimi müştərisi qızı Kerolaynın şərəfinə hazırlanmış W16 Mistral rodsterini sifariş verib, ona görə də, Caroline adlı unikal avtomobil həqiqətən zərif, məlahətli və çiçəklənən alınıb.
Bugatti W16 Mistral Caroline modeli üçün ilham mənbəyi Provansın yabanı lavanda tarlaları və Parisin qayğı ilə qulluq edilən bağları olub. Hiperkarın kuzovu şirkətin mütəxəssisləri tərəfindən xüsusi olaraq bu layihə üçün yaradılmış Lavanda rənginə boyanıb. O, dəyişkən bir xarakterə malikdir: işıqlanmadan asılı olaraq, örtük qırmızımtıl və ya göyümtül rəng alır. Bütün açıq karbonplastik hissələr müvafiq rəngə boyanmış bənövşəyi karbon lifindən hazırlanır.
Lakin Caroline rodsterinin əsas xarici xüsusiyyəti, üzərində əl ilə çəkilmiş çiçək motivləri və bu unikal avtomobilin Bugatti markasının şrifti ilə yazılmış adı olan yuxarı qalxan arxa antiqanadıdır.
Rodsterin interyeri ağ və tünd dəridən tərtibat ilə yanaşı, eksteryerin rəngi ilə uyğun gələn bənövşəyi karbondan dekora malikdir. Salonda çiçək mövzusu daha güclü canlandırılıb. Kresloların baş dayaqları hamaşçiçək şəklində tikmələr ilə bəzədilib. Ləçəklər və tumurcuqlar mərkəzi tuneldəki örtmələri bəzəyirlər.
Qapı panellərində həmçinin külək tərəfindən sovrulan ləçəkləri əks etdirən çiçək naxışı var. Transmissiya selektorundakı Rembrandt Buqattinin əsəri olan rəqs edən fil fiquru bənövşəyi rəngli şüşə panellə örtülüb.
Heç bir texniki dəyişiklikdən bəhs edilməyib, buna görə də unikal Caroline hiperkarının texniki hissəsi standart olaraq qalır. Bu, Bugatti Chiron modelinin tam ötürməli şassisinə əsaslanan və 1600 at qüvvəsi və 1600 Nm hasil edən dörd turbokompressorluy 8,0-litrlik W16 mühərriki ilə təchiz edilmiş rodsterdir. Transmissiyada yeddi pilləli avtomatik ötürmələr qutusundan və tam ötürmə sistemindən istifadə edilir. Avtomobil 0-dan 100 km/saata 2,4 saniyəyə sürətlənir və onun maksimal sürəti 420 km/saata çatır.
Nə adı açıqlanmayan müştəri, nə də Bugatti özü Caroline Roadster hiperkarının qiymətini açıqlamayıb. Şübhəsiz ki, xüsusi nəşrin qiyməti, tirajı 99 nüsxə ilə məhdudlaşdırılan standart W16 Mistral üçün tələb olunan 5 milyon avrodan çoxdur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









