Bugatti Tourbillon hiperkarı bir il əvvəl təqdim olunub və bu, möhtəşəm W16 turbomühərrikindən atmosfer tipli V16 mühərrikinə əsaslanan hibrid sistemə keçidi nümayiş etdirib. Bununla belə, Tourbillon modelinin istehsalına yalnız 2026-cı ildə başlanacaq, hazırda isə, Bugatti əvvəlki nəsildən olan avtomobillərə sifarişləri yerinə yetirir və hətta onların genişləndirilmiş fərdiləşdirilməsini təklif edir! Bu layihələrdən biri də yeganə nüsxədə inşa edilmiş və Ettore Buqattinin sevimli atının adını daşıyan Bugatti Brouillard hiperkarıdır.

Hiperkarın yaradılması yeni Program Solitaire fərdiləşdirmə bölməsi tərəfindən həyata keçirilib və o, mövcud olan Sur Mesure şöbəsindən (onun fəaliyyəti dekorasiya, rəngləmə və interyer tərtibatı ilə məhdudlaşır) seriya avtomobillərinin daha dərindən təkmilləşdirməsi ilə fərqlənir. Bugatti Brouillard əslində kiçik saylı tirajla buraxılan Bugatti Mistral spayderi (99 nüsxə) əsasında yaradılmış kupedir.

Onlar ümumi kuzov konturlarına və işıqlandırma texnikasına malikdirlər, lakin Brouillard detallarla fərqlənir. Məsələn, firma radiator barmaqlığı xrom haşiyəyə malikdir və kuzovun karbonplastikdən hazırlanmış aerodinamik dəsti daha aqressiv olub. Arxa tərəfdə inteqrasiya edilmiş spoyler peyda olub. Dörd çıxış borusu olan buraxılış sistemi və iri diffuzor Chiron Super Sport modelindəkinə bənzəyir.

İnteryer Chiron və Mistral modelləri ilə unifikasiya edilib, lakin onun tərtibat elementləri xüsusi sifarişlə hazırlanıb və kuzovla eyni rəng sxeminə malikdirlər. Dekorativ əlavələr cilalanmış alüminiumdan hazırlanıb, ön paneldə isə, açıq karbonplastik var. Transmissiyanın içərisində atın profili yerləşdirilmiş şəffaf əlavəsi olan selektoru diqqəti çəkir. Oturacaqların və qapı panellərinin tərtibatında da oxşar at motivlərindən istifadə olunub.

Texniki cəhətdən Brouillard hiperkarı Mistral və Chiron Super Sport modellərini təkrarlayır. Dörd turbomühərrikli 8,0-litrlik W16 mühərriki 1600 at qüvvəsi və 1600 Nm hasil edir. Dinamik xüsusiyyətlər açıqlanmayıb, lakin Mistral 420 km/saata qədər sürətlənə bilir.
Yeni Proqram Solitaire fərdiləşdirmə şöbəsi ildə yalnız iki unikal avtomobil istehsal etməyi hədəfləyir. Bu bölmənin ilki olan Bugatti Brouillard Hollandiyalı sahibkar tərəfindən sifariş edilib və onun ictimai nümayişi Pebble Beach Concours d'Elegance müsabiqəsində baş tutacaq. Əlbəttə ki, unikal hiperkarın qiyməti barədə məlumat verilmir. Lakin unikal hiperkarın rəsmi olaraq təqaüdə göndərilmiş W16 mühərriki ilə təchiz edilmiş sonuncu unikal Bugatti avtomobili olmadığını söyləmək gərəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.