Bu il yeni Bugatti hipekarının təqdimatı keçiriləcək və o, fransız brendinin tarixində ilk dəfə olaraq hibrid güc qurğusunu alacaq. Yeni hiperkar haqqında rəsmi məlumat hələlik çox azdır, bununla belə, fransız istehsalçısı yenilik haqqında təfərrüatları tədricən açıqlamağa üstünlük verir. Bir neçə qısa videoçarxlar bəzi dizayn nüanslarını nümayiş etdirməklə yanaşı, həm də çoxdan gözlənilən hiperkarın ictimai debüt tarixi haqqında məlumatı əldə etməyə imkan verib.

İlk videoçarxda şirkət yeni hiperkarın ilham mənbəyi kimi çıxış edən tarixi Type 57 SC Atlantic və Type 41 Royale modellərini xatırladıb, eyni zamanda, at nalı formasında fırma radiator barmaqlığının fraqmentini və ön baqaj qapağının bir hissəsini göstərib.

Tizerdə qeyd olunan Pour L’Eternite ifadəsində gələcək modelin adına işarə ola bilər, çünki yeni hiperkarın adı hələ də açıqlanmayıb. “Hər detalda mükəmməllik” adlı ikinci videoçarxda Bugatti arxa işıqları nümayiş etdirib.

Hiperkarın arxa optikası Bugatti Mistral hiperkaarının üslubunda ayrı-ayrı üfüqi seqmentlər formasında hazırlanıb və onlar işqlandırılmış Bugatti kəlməsi ilə tamamlanırlr. Yeni məhsul haqqında başqa məlumat yoxdur, lakin tezliklə hər şey məlum olacaq - avtomobilin təqdimatıcari ayın 20-də baş tutacaq.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.