Bu il güclü Cadillac CT5-V sedanı CT5 modelinin ardınca planlaşdırılmış restylinqdən keçib. Modernləşmə təvazökar olub və əsasən eksteryer və interyerə təsir göstərib. İndi isə, növbə V8 mühərriki ilə təchiz edilmiş “bərkgedən” CT5-V Blackwing versiyasına gəlib çatıb.

Opsional təkmilləşdirmələr dəsti Precision Package adlanır və o, supersedanın idarəetmə xüsusiyyətlərini ciddi şəkildə yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Adi daha sərt yaylara və yenidən sazlanmış adaptiv Magnetic Ride amortizatorlarına əlavə olaraq, avtomobil daha güclü ön köndələn dayanaqlılıq stabilizatorunu alıb. Elektron idarəolunan differensialın və sükan idarəetməsinin tənizmləmələrinə yenidən baxılıb, gücləndirilmiş dönmə yumruqları quraşdırılıb, arxa asqıda isə, daha güclü qollar quraşdırılıb. Bütün bunlar CT5-V Blackwing modelini sürücü üçün daha rahat və trekdə idarəetmə üçün daha uyğun etməlidir.

Güc aqreqatı dəyişməyib. Cadillac CT5-V Blackwing modeli kompressorlu 6,2-litrlik V8 (677 at qüvvəsi, 893 Nm) mühərriki ilə təchiz olunub. Güc aqreqatı on pilləli avtomatik transmissiya və ya Tremec firmasının altı pilləli mexaniki ötürmələr qutusu ilə birləşdirilir. Ötürmə - yalnız arxa təkərlərədir. Precision Package paketinə əvvəllər əlavə ödəniş ilə əlçatan olan karbon-keramika əyləcləri daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Precision Package yalnız gələn ilin əvvəlində əlçatan olacaq, ona görə də onun qiyməti hələlik açıqlanmayıb. Adi Cadillac CT5-V Blackwing modeli hazırda ABŞ-da 95.000 dollara başa gəlir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.