Cadillac son zamanlar pərəstişkarlarını konsept avtomobillərinin nümayişi ilə sevindirir. Cəmi bir ay əvvəl dəbdəbəli Cadillac Sollei kabrioleti təqdim olunub, indi isə, Pebbl Biçdə tamamilə fərqli ideologiyaya malik olan başqa eksperimental avtomobil nümayiş etdirilib.
Amerikan istehsalçısı Cadillac Opulent Velocity konseptini brendin idman avtomobillərinin inkişaf istiqamətini nümayiş etdirmək üçün nəzərdə tutulduğunu bildirir. Artıq “V” ailəsinin perspektivli varislərinin qabaqcıl avtopilotu olan möhtəşəm elektromobillərə çevriləcəklərini əminliklə söyləmək olar.
Cadillac dizaynerləri şaquli faraları və künclü-bucaqlı firma dizayn üslubunu davamlı inkişaf etdirməklə məşğuldurlar. Opulent Velocity konseptində ön və arxada LED işıq texnikası var. Təkcə loqotiplər deyil, hətta təkər diskləri də işıqlandırırılar! İti profi yuxarı açılan nəhəng qapılar və arxa pəncərələrin yoxluğu vasitəsi ilə formalaşır.
Salonda ultranazik oturacaqlar və mərkəzində ekranı olan sükan-şturval var. Qapılar bağlandıqda, ön panel, oturacaqlar, mərkəzi dirsəkaltı və qapılar “tikişsiz” səth əmələ gətirirlər: dizaynerlərin fikrincə, bu, “lüks barama” hissini təmin edir. Tamamlanmış reallıqlı proyeksiya displeyi bütün ön şüşəni tutur.
Mərkəzi tuneldə azsaylı fiziki nəzarət elementlərindən biri quraşdırılıb – hərəkət rejimlərinin fırlanan selektoru. Onlardan ikisi avtomobilin adını formalaşdirır. Birinci, dördüncü səviyyənin qabaqcıl avtopilotu aktivləşdirən Opulent rejimidir, yəni avtomobilin idarə olunması prosesinə sürücünün müdaxiləsi yalnız müstəsna hallarda tələb olunur.
Velocity rejimi isə, Cadillac konseptinin idman tərəfini təcəssüm etdirir. İdarəetmə tamamilə sürücüyə həvalə olunur, kompüter oyunlarındakına bənzəyən “xəyalət-avtomobil” də daxil olmaqla, ideal trayektoriya və digər ismarıclar ön şüşəyə proyeksiya edilir. Yaradıcılar belə yanaşmanın sürücülərin yarış treklərindəki pilotluq bacarıqlarını cilalmağa kömək edəcəyinə inanırlar.
Cadillac Opulent Velocity konseptinin yeni dartma batareyasına və təkmilləşdirilmiş istilik tənzimləmə sisteminə malik olduğu bildirilir. Amma başqa texniki təfərrüatlar açıqlanmayıb. Belə bir Cadillac elektrokarının yeni auditoriyanı cəlb etmə və ya hətta mövcud “V” ailəsinin pərəstişkarlarını saxlaya biləmə şansı hələ də qeyri-müəyyən olaraq qalır.
Qeyd etmək gərəkdir ki, hazırda alıcılar güclü və sürətli Cadillac avtomobillərini avtopilot və sıfır emissiya göstəricilərinə görə qiymətləndirmirlər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.