Bir il əvvəl Cadillac şirkəti Pebble Beach Concours d'Elegance müsabiqəsi üçün, markanın idman gələcəyini nümayiş etdirmək məqsədini daşıyan Opulent Velocity konseptini hazırlayıb. Bu il isə, Cadillac dizaynerləri futuristik təcrübələri ofroud istiqamətində davam etdirmək qərarına gəliblər və Pebbl-Biçdə keçririləcək müsabiqə üçün Elevated Velocity konseptual krossoverini hazırlayıblar.

Konseptin yığcam silueti uzaqdan ralli-reyd prototiplərini xatırladır, həmçinin müasir Cadillac modelləri üçün qeyri-adi sayılan hamar kuzov xətləri ilə seçilir. Bununla belə, onlara kapot və kənarlarında qeyri-adi şaquli faralar yerləşən ön hava yönləndiricisində yer tapılıb. Arxa işıqlandırma texnikası da qeyri-adi görünüşə malikdir. Avtomobilin profili kuzovun aşağı perimetri boyunca uzanan qara rəngli müdafiə qurşağı, 24-düymlük təkər diskləri və yuxarı açılan nəhəng qapıları ilə seçilir. Cəmi iki qapının olduğunu əzərə alsaq, Elevated Velocity modelini əsl kupe-krossover adlandırmaq olar.

Dörd nəfərlik interyerdə qırmızı rəngə üstünlük verilib, lakin tərtibatın monotonluğuna baxmayaraq, dizaynerlər müxtəlif fakturalar sayəsində salonu maraqlı etməyə çalışıblar. Üzlük üçün nappa dərisi və müxtəlif teksturalı iki növ parça seçilib. Ön paneldə alın şüşəsinin altında media sisteminin ensiz ekranı quraşdırılıb, ikinci displey sükan çarxının mərkəzində, üçüncüsü (idarəetmə şaybası ilə) isə, süzən dirsəkaltında yerləşir. Əlbəttə ki, tamamlanmış reallıq funksiyasına malik olan proyeksiya ekranı da mövcuddur.

Avtonom idarəetmə sisteminin, sükan və pedalların ön panelə yaxınlaşdıraraq sərnişinlər üçün daha çox yer boşaldılan xüsusi rejimi də var. Sərnişinlərin daha çox rahatlamasına kömək etmək üçün yüngül terapiya funksiyası, tənəffüs gimnastikası üçün "məşqçi" və havalandırma sistemində təravətləndirici nəzərdə tutulub. Baqajda polo oynamaq üçün dəst olan xüsusi keys var, özü də dəstin bütün elementləri konseptin daxili tərtibatı ilə eyni çalarda - qırmızı rəngdə hazırlanıblar.

Nəzərə alsaq ki, Cadillac Elevated Velocity ilk növbədə dizayn manifestidir, istehsalçı texniki məlumatlar barədə demək olar ki, açıqlama verməyib. Təfərrüatlar açıqlanmadan iki mühərriklə təmin edilən tam ötürmə sisteminin və hiperkarlar səviyyəsində dinamik xüsusiyyətlərin olduğu bildirilir. Klirensin tənzimlənməsi mümkündür, hansısa Sand Vision funksiyası var - o, gecə görmə funksiyasına bənzəsə də, qum fırtınaları üçün nəzərdə tutulub. Digər bir xüsusiyyət, vibrasiyadan istifadə edərək kuzovun özünü çirk və tozdan təmizləməsi funksiyasıdır.
Elevated Velocity konseptinin köməyi ilə, Cadillac auditoriyanın brendin inkişafının ofroud istiqamətinin mümkün təkamülünə reaksiyasını yoxlamaq niyyətindədir. Amma hələlik konkret bir şey açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.