Cadillac markasının flaqman ofrouderinin "yaşıl" versiyası 129 990 dollara başa gələcək. Üstəlik, bu onun başlanğıc qiymətidir: elektrik ofrouderinin top versiyası, opsiyalar nəzərə alınmadan, 150 490 dollara satılacaq. Müqayisə üçün qeyd edək ki, ABŞ-da hazırkı Escalade modelinin yanacaqlı versiyasının qiyməti 89 950 - 121 890 dollar arasındadır.
Bununla belə, Escalade modelinin çeşidində daxili yanma mühərriki ilə təchiz edilmiş “bərkgedən” V-Series versiyası var ki, o, hətta ən yüksək səviyyəli elektromobilindən də bahadır – 164 990 dollar. Qiymətə çatdırılma haqqını da əlavə etmək gərəkdir: ABŞ-da çatdırılma üçün 2290 dollar tələb olunur.
2023-cü ilin yayında nümayiş etdirilən Escalade IQ dörd təchizat səviyyəsində təklif olunacaq. Artıq Luxury 1 baza versiyasında ofrouder mərkəz qapaqlı 24 düymlük qara təkər disklərinə malikdir. Sport 1 (130,490 dollar) nazik şaquli faraları, 36-dinamikli audio sistemi, masaj funksiyası olan yaxşılaşdırılmış oturacaqları və yeni təhlükəsizlik sistemlərini ehtiva edir.
Luxury 2 və Sport 2 arxa sərnişinlərə rahatlıq əlavə edən 7500 dollarlıq Executive Second Row Package dəsti əlçatandır: paketə qızdırılma, havalandırma, 10 nöqtəli masaj funksiyaları, həmçinin səkkiz düymlük ekran, simsiz enerji doldurma üçün iki bölməsi, qatlanan masalar və sairə daxildir.
Bu opsiyaların qiyməti təxminən eynidir - müvafiq olaraq 149 990 dollar və 150 490 dollar.
Escalade IQ ofrouderi 800 voltluq elektrik arxitekturasına malik olan Ultium platformasına əsaslanır. O, iki elektrik mühərrikini qidalandıran 200 kilovat/saatlıq nəhəng dartma batareyasına malikdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.