Mercedes-Benz şirkəti casus şəkillərinin dərcini gözləmədən, yenicə yol sınaqlarına çıxmış gələcək AMG elektrik krossoverinin ilk şəklini yayımlayıb. Bu, aksial dartma elektrik mühərrikləri olan yeni xüsusi AMG.EA (AMG Electric Architecture) platformasında inşa edilmiş ikinci model olacaq. İlk nümayəndə isə, 2025-ci ildə debüt edəcək böyük liftbək olmalıdır. Hələlik adı açıqlanmayan krossoverin debüt vaxtı açıqlanmayıb, çünki onu qarşıda uzun inkişaf işləri gözləyir.
BMW şirkəti də həmçinin fotocasusları qabaqlamağa çalışıb və cari BMW M3 modelinin analoqu (və ya əvəzedicisi?) hesab edilən Neue Klasse ailəsindən olan gələcək elektrik sedanın şəkillərini yayıb. Hələlik sınaq prototipi qalın və rəngarəng kamuflyaj örtüyünün altında gizlənib, lakin onun xarici görünüşünün BMW Vision Neue Klasse konseptinin üslubunda hazırlanacağı artıq aydındır. Əvvəllər şirkət M elektromobilləri üçün təxminən 1000 at qüvvəsinə malik olan dördmühərrikli tam ötürmənin hazırlandığını bildirib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.