Chery Tiggo krossoverinin zəngin çeşidində genişlənmə gözlənilir. Bu yaxınlarda çeşidə böyük ölçülü krossover daxil olacaq və görünən odur ki, yenilik SUV xəttinin flaqmanına çevriləcək. Yeni bayraqdar rolunu Pekin avtosalonunda təqdim edilmiş Tiggo X prototipinin seriya versiyası öz üzərinə götürməlidir. Yenilik krossover xəttində düz bir il bundan əvvəl Şanxayda təqdim edilən Tiggo 9L krossoverindən bir pillə yuxarıda qərarlaşmalıdır.

Hər iki prototip, aydın şəkildə yapon ofrouderlərinə bənzəyən böyük üçcərgəli krossoverlərdir. Onların müasir standartlara görə qeyri-adi dərəcədə böyük ölçülərə malik olan ön faraları və arxa işıqları matrisa texnologiyası ilə təchiz ediliblər. Damda baqaj reylinqləri quraşdırılıb, qapılarda isə, təbii tutşlu ənənəvi tutacaqlari var.

Ön şüşənin üzərində firma Falcon 700 avtopilot sisteminin lidarı yerləşir. Chery Tiggo X modelinin ölçüləri hələlik açıqlanmayıb. Müqayisə üçün, Tiggo 9L modelinin uzunluğu 5050 millimetr, eni – 2000 millimetr, təkər bazası isə, 3000 millimetrdir. Krossover 22 düymlük təkər disklərli ilə təchiz edilib.

Ön paneldə cihaz paneli, media sistemi və ön sərnişin üçün nəzərdə tutulmuş üç displey yerləşir. Mərkəzi konsolda simsiz şarj meydançaları, stəkan tutacaqları və iki fırlanan dəstəyi olan fiziki düymələr bloku var. Ümumi plandan göründüyü kimi, Tiggo X modeli orta cərgədə üç nəfərlik divan olan yeddi nəfərlik salona malikdir.

Ön oturacaqlara qatlanan masalar quraşdırılıb, tavanda isə, panoram dam və açılan ekran var. Prototipin interyeri dekorativ örtmələr, təbiət ornamentləri və qabaqcıl kontur işıqlandırması olan zəngin tərtibata malikdir.

Chery Tiggo X krossoverinin texniki xüsusiyyətləri haqqında rəsmi məlumat verilməyib. Çin mediasının məlumatınaa görə, krossover həm benzin, həm də hibrid versiyalarda mövcud olacaq.

Birinci variant Kunpeng 2.0T turbomühərriki və yeni nəsil səkkiz pilləli Kunpeng avtomatik transmissiyası ilə təchiz olunacaq. Benzin-elektrik versiyaları 1,5 və ya 2,0 litrlik turbomühərriklər və tam ötürmə sistemi ilə təklif ediləcəklər. Nəhayət, adaptiv amortizatorları olan aktiv asqı da vəd edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Chery Tiggo X prototipinin seriya versiyasının debüt tarixi hələlik açıqlanmayıb. Perspektivli flaqman krossoveri haqqında tam məlumat daha sonra açıqlanmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.