Avtomobildə üç əsas dəyişiklik baş verib. Birincisi, Arrizo 8 modelində nöqtəli xətləri olan yeni ön fənərlər peyda olub ki, bu da onu müasir Audi modellərinə bənzədir. İkinci yenilik, pətək formalı naxışları olan səkkizguşəli radiator barmaqlığıdır. Üçüncü dəyişiklik - iti küncləri olan modernləşdirilmiş bamperlərdir ki, bunun sayəsində sedan daha aqressiv görünür.
“Çin avtomobilləri” portalı sedanın yeni nəsil deyil, məhz həyat dövrünün ortasında olan restaylinq keçmiş model olduğunu qeyd edir. Chery Arrizo 8 kuzovun tanınan cizgilərini saxlayıb: eyni maili dam xətti və yığışdırılan deyil, standart qapı tutacaqları... Amma çinlilərə qara rəngdə yeni təkər diskləri olan sedan dan təklif ediləcək.
Salonda əsas yenilik genişformatlı düzbucaqlı sensorlu ekran və ayrıca quraşdırılmış rəqəmsal cihazlar panelidir. Qapı kartları da dəyişiblər: buradakı tutacaqlar öz yerlərini Exeed RX modelində olduğu kimi, dəstəklərə veriblər.
Güc qurğusu ilə bağlı hələ ki, məlumat verilməyib. Çox güman ki, mühərrik çeşidi eyni qalacaq və yeddi pilləli “robot” ilə tandemdə çalışan 1,6-litrlik mühərrik və səkkiz pilləli avtomatik transmissiya ilə birləşdirilmiş 2,0-litrlik aqreqatdan ibarət olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.