Artıq 35 ildir ki, ZR1 prefiksi Corvette modelinin ən güclü və e “hirsli” versiyalarına verilir. İndi belə bir versiya, hazırkı ortamühərrikli modelin modifikasiya çeşidində peyda olub.

Üstəlik, C6 və C7 nəsillərindən olan Corvette ZR1 modelində kompressorlu mühərriki quraşdırılırdısa, modelin tarixində ilk dəfə olaraq, Corvette biturbomühərriki əldə edib! Yeni aqreqat ona həqiqətən də hiperkarlar kateqoriyasına keçməyə imkan verib.

ZR1 versiyası zahiri cəhətdən digər modifikasiyalardan interkulerdən istiliyi çıxarmaq üçün lazım olan böyük hava kanalı quraşdırılmış kapotudur. Dam, splitter, yan hava girişləri, qanad və çoxsaylı kuzov örtmələriləri karbonplastikdən hazırlanıb.

Bundan başqa, Carbon Aero paketi də nəzərdə tutulub - o, ən yüksək sürətlərdə yerəbasma qüvvəsini 544 kiloqrama qədər artırır. Əyləclər əlavə soyuducu hava kanallarına malik olublar və ZR1 versiyasında cəmi 15 istidəyişdirici quraşdırılıb.

20 və 21 düymlük (ön və arxa) müxtəlif ölçülü disklər də karbonplastikdən hazırlana bilər, lakin standart disklər yüngüllehimlidirlər. Nəhayət, kupe kuzovu ilə yanaşı, Corvette ZR1 həm də rodster kimi təklif olunur.

ZR1 versiyasının interyeri baza modifikasiya ilə müqayisədə böyük dəyişikliklərə məruz qalmayıb. Burada vurğu edilən kokpiti və cihazlar panelinin 12 düymlük ekranı, həmçinin media sisteminin səkkiz düymlük ekranı olan eyni ön paneli görmək mümkündür. Fərqlər sükan çarxında və kandarlarda həkk olunmuş ZR1 nişanlarındadır. Üfürmənin təzyiqini göstərən ayrıca cihaz da peyda olub.

Məhz biturbomühərrik hiperkar performansına nail olmağa imkan verib: düz dirsəkli valı olan 5,5-litrlik V8 mühərriki 1079 at qüvvəsi və 1121 Nm- malikdir! Chevrolet bu mühərriki Amerikanın ən güclü seriya mühərriki adlandırır.

Ona LT7 indeksi verilib, lakin onun əsasını Corvette Z06 modelində quraşdırılmış LT6 atmosfer mühərriki təşkil edir. Yanma kameraları genişləndirilmiş, yeni silindr başlıqları quraşdırılmış, alışma və suqəbuledici sistemlər, həmçinin qaz paylama mexanizmi və sürgü qolu - porşen qrupu dəyişdirilmişdir.

Mühərrik bütün dartma qüvvəsini arxa oxa göndərən gücləndirilmiş səkkiz pilləli preselektiv “robot” ilə tandemdə çalışır. İstehsalçı hələlik dəqiq dinamik xarakteristikaları açıqlamayıb, yalnız bildirib ki, maksimal sürət 346 km/saatı keçəcək, dörddəbir mil məsafəsi isə, təqribən 9,7 saniyədən az müddətə (çıxışda sürət - 241 km/saat) qət ediləcək.

Kupenin boş çəkisi 1665 (baza versiyasında - 1530), rodsterin isə, 1705 kiloqramdır. Corvette ZR1 qabaqda 400, arxada isə 390 millimetrlik diskləri olan karbon-keramika əyləc mexanizmlərinə malikdir.

Nəticədə, yeni ZR1 129-dan 322 km/saata (80-200 mil/saat) sürətlənə və 0-dan 129 km/saata 24,5 saniyəyə tam dayana bilir ki, bu da əvvəlki nəsil ZR1modelindəkndən 22% daha yeyindir.

Bundan əlavə, alıcılara daha aqressiv aerodinamikanı təmin edən ZTK trek paketi təklif olunur. Yaradıcıların sözləri ilə desək, adi ZR1 modeli sürət kralıdırsa, ZTK paketi ilə o, yarış treklərinin kralına çevrilir. Michelin Pilot Sport Cup 2 R şinləri də buna töhfə verməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Chevrolet Corvette ZR1 gələn ilə qədər satışa çıxarılmayacaq. Üstəlik, tərtibatçılar etiraf edirlər ki, ZR1 versiyasını yol sınaqları bitmədən göstərməyə məcbur olublar, çünki kamuflyaj ölçmə nəticələrinə təsir edir.

Kamuflyajsız avtomobil isə, casuslar üçün böyük hədiyyə ola bilərdi. Əlbəttə ki, qiymətlər haqqında hələlik heç bir məlumat yoxdur. Xatırladaq ki, atmosfer mühərrikli Corvette Z06 versiyasının qiyməti ən azı 110 min dollardır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.