General Motors konserninin Çin bölməsi yerli bazarda populyar olan krossoverin yeni şəkillərini paylaşıb: ikinci nəsil XT5 modeli Lyriq elektrik krossoveri üslubunda görünüşə sahib olub və ondan 33-düymlük əyri klasteri götürüb. Krossoverin ölçüsü artıb, lakin eyni zamanda o güc itkisinə məruz qalıb.

Cadillac brendinin Çin saytındakı konfiquratorun məlumatına görə, krossover altı porşenli Brembo əyləclərini, 126 rəngli daxili işıqlandırmanı və Nappa dərisi ilə tərtibatı alacaq.

Cadillac XT5 2016-cı ildə SRX modelini əvəz etmiş orta ölçülü krossoverdir. 2021-ci ildə Cadillac XT5 yenilənməyə məruz qalıb. İlkin olaraq, Çin bazarında satılan versiya təkmilləşdirilib - burada XT5  vətəni ABŞ-dan daha populyardır. İndi isə, nəsil dəyişikliyinin vaxtı çatıb.

İkinci nəsil Cadillac XT5 modelinin eksteryer dizaynı üzərindəki sirr pərdəsi bu ilin əvvəlində götürülüb -  Çin Xalq Respublikasının Sənaye Nazirliyinin məlumat bazasında krossoverin kamuflyajsız şəkilləri dərc olunub. Bu yaxınlarda isə, yeniliyin interyerinin şəkilləri Cadillac China bölməsinin rəsmi saytında peyda olub, eyni zamanda onun təchizatı ilə bağlı təfərrüatlar açıqlanıb.

İnteryer elementləri Lyriq modelini xatırladır - rəqəmsal cihazlar panelini və multimedia sisteminin mərkəzi sensorlu ekranını birləşdirən əyri 33-düymlük panel, sükan çarxı, qapı panellərində yerləşən oturacaqların tənzimlənməsi düymələri elektrokardakı ilə eynidir. Artan ölçülərlə baqajın tutumuna da təsir edib – indi onun həcmi 653 litrdir.

Yeni Cadillac XT5 modeli Çində GM-SAIC birgə müəssisəsi tərəfindən hazırlanmış 2,0-litrlik turbomühərriklə təklif olunacaq – bu aqreqatın gücü əvvəlki 237 at qüvvəsindən 230 at qüvvəsinə qədər azalıdılıb. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Platformaya gəldikdə isə, yeni Cadillac krossoveri cari XT5 modelinin inşa edildiyi GM C1 arxitekturasının modernləşdirilmiş versiyası olan C1−2 platformasına əsaslanır.

Lakin ABŞ bazarında satılan Cadillac XT5 modelinin istehsalına son veriləcək. 2024 model ili onun üçün sonuncu il olacaq. Onu premium D-SUV seqmentində yer alan Cadillac Lyriq modeli əvəzləyəcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.