Ötən ilin yanvar ayında Renault qrupunun tərkibinə daxil olan rumın brendi Dakar rallisindəki ilk qələbəsini qazanıb. Dacia Sandrider prototipində çıxış edən qətərli pilot Nasser Əl-Attiya və onun belçikalı şturmanı Fabian Lurkin 48-ci Dakar rallisinin podiumunda birinci pilləyə qalxıblar.

Komandanın digər üzvləri podiumda yer almasalar da, yaxşı nəticələr göstəriblər: Sebastyan Lyöb dördüncü, Lukas Moraes - yeddinci, Kristina Qutyerres isə, on birinci yeri tutublar. İndi isə, Duster krossoverinin əfsanəvi marafondakı qələbəsinin şərəfinə hazırlanmış xüsusi nəşrini buraxıb.

Spirit of Sand nəşri qismən 2024-cü ilin sonlarında təqdim edilmiş Dacia Duster Soul of Dakar konseptindən ilhamlanıb. Xarici təkmilləşdirmələrə mis-qəhvəyi vurğular və kuzovun aşağı hissəsindəki xüsusi qrafika daxildir. Bundan əlavə, mühərrik və transmissiya 6 millimetr qalınlığında metal altlıqla qorunur.

Qara 17-düymlük təkər diskləri quraşdırılıb. Xüsusi nəşr standart Duster modelindən geniş avadanlıq siyahısı ilə fərqlənir. Məsələn, opsional Cold Pack və Parking Pack paketləri standart avadanlıq siyahısına daxildir: bunlara qızdırılan ön şüşə, ön oturacaqlar və sükan, 360 dərəcəlik kamera sistemi, ön və arxa park sensorları, kor zonaların monitorinqi daxildir.

Xüsusi nəşr ötən payızda təqdim edilmiş G 150 4x4 güc aqreqatı ilə təchiz edilmiş tam ötürməli krossoverə əsaslanır. Hibrid sistem, 48 voltluq startyor-generator və arxa oxdakı Valeo elektrik mühərriki (31 at qüvvəsi, 87 Nm) ilə birlikdə çalışan 1,2-litrlik “turboüçlükdən” (140 at qüvvəsi) ibarətdir.

Arxa aqreqat həmçinin iki pilləli reduktor və mufta ilə tamamlanıb. Sistemin ümumi gücü 154 at qüvvəsidir. Dartma batareyasının gücü 0,84 kilovat/saatdır. Transmissiya - brendin tarixində ilk dəfə sükan çarxında quraşdırılmış ləçəkləri olan iki muftalı 6-pilləli preselektiv “robotdur”. Həm benzin, həm də propan doldurmaq olar və WLTP standartına uyğun olaraq ümumi gediş məsafəsi 1500 kilometrə çatır.

Image alt Image alt Image alt Image alt Image alt

Məhdud sayda istehsal olunan Dacia Duster Spirit of Sand nəşri cəmi 500 ədəd istehsal olunacaq və yalnız Rumıniyada təklif ediləcək. Çatdırılmalara aprel ayında başlanacaq, xüsusi versiyanın qiyməti 28.990 avrodur.

Qeyd etmək lazımdır ki, Dacia şirkətinin üç illik yarış proqramının məqsədi məhz Dakarda qalib gəlmək olub. Bu məqsədə cəmi iki il ərzində nail olunduğundan, brend yarışlardakı iştirakına erkən son verib. Dacia Sandrider prototipi növbəti ralli marafonunda iştirak etməyəcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.