Keçən il Dakarda iştirak edəcəyini açıqlayan Dacia markası ralli-reyd üçün hazırladığı prototipi nümayiş etdirib. O, Sandrider adlanır və əksər cəhətdən Manifest (2022) konseptini təkrarlayır, lakin o, özünə məxsus olan unikal xüsusiyyətlərə malikdir. Məsələn, kuzov panellərinin sayı minimum saydadır, maili kapot isə, çətin səhra yarışında daha yaxşı görünüşü təmin edir.

Bundan əlavə, ön panelin yuxarı hissəsinə parıltıya qarşı örtük vurulub. Seabelt kresloları nəmi tez aradan qaldıran antibakterial parça ilə örtülüb. Çöl tərəfdə təkər boltları üçün maqnit tutucular quraşdırılıb.

Asma panellərin hazırlandığı karbon lifinə əlavə edilən xüsusi piqmentlər sayəsində içəridəki isti çöldəkindən daha az olur. Prototip rəqiblərdən 15% daha yüngüldür, hava müqaviməti 10%, qaldırma qüvvəsi isə 40% azdir.

Boruvari şassinin dərinliklərində 350 millimetrə qədər gedişi olan ikiqat köndələn qollara malik asqılar gizlənir. Təkər disklərinə xarici diametri 37 düym olan yeni nəsil BFGoodrich şinləri taxılıb.

Image alt Image alt Image alt Image alt Image alt

Sandrider prototipi Nissan Z modelindən götürülmüş, 360 at qüvvəsi və 539 Nm fırlanma anı hasil etmək üçün tənzimlənən 3,0-litrlik V6 tvin-turbo mühərriki ilə təchiz olunur. Güc aqreqatı Saudi Aramco şirkətinin sintetik yanacağı ilə işləyir. Transmissiya altı pilləli sekvental ötürmələr qutusudur, ötürmə - bütün təkərlərədir.

Prototipin yarış debütü bu ilin oktyabrda keçiriləcək Rallye du Maroc yarışında baş tutacaq. The Dacia Sandriders komandasına dünya səviyyəli ulduzlar daxildir: Sebastyen Löb, Kristina Qutyerrez Herrero və Dakar əfsanəsi Nasser Əl-Attiya.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.