Daimler şirkəti yeni nəsil ən güclü dizel mühərriklərini təqdim edib. Detroit Gen 6 mühərrik xəttinə Freightliner və Western Star yük maşınlarında quraşdırılacaq DD13, DD15 və DD16 modelləri daxildir. Təqdimat dizel mühərrikinin ixtiraçısı Rudolf Dizelin doğum günündən üç həftə əvvəl baş tutub.

Daimler şirkətinin məlumatına görə, mühəndislər əvvəlki nəsil mühərriklərin (Gen 5) təkmilləşdirilməsinə üstünlük veriblər. Bu, yeni mühərrikləri uzunömürlü  və etibarlı edəcək, eyni zamanda yanacaq səmərəliliyini artırıb tullantıları azaldacaqdır.

Yeni mühərriklərin istehsalı ABŞ-da, şirkətin 2000-dən çox işçinin çalışdığı Redforddakı (Miçiqan ştatı) zavodda təşkil ediləcək. Detroit Gen 6 DD13 və DD15 modellərinin 2027-ci ilin yanvar ayında, DD16 versiyasının isə, 2028-ci ilin yanvar ayında satışa çıxarılması planlaşdırılır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.