Yenilənmiş Mercedes-Benz eCitaro modelindəki əsas yenilik mövcud NMC3 texnologiyasını əvəzləyən dördüncü nəsil litium-nikel-manqan-kobalt (NMC) batareyasıdır.

Optimallaşdırılmış hüceyrə tərkibi sayəsində yeni NMC4 batareyasının enerji sıxlığı təxminən 13% artmışdır. İndi eyni ölçülərə malik olan bir standart batareya modulu 98  əvəzinə 111 kVt/saatlıq enerjini saxlayır. Bu, Mercedes-Benz eCitaro avtobusunun dolu batareya ilə hərəkət məsafəsini əhəmiyyətli dərəcədə artırır.

Maksimal konfiqurasiyada standart avtobus üçün məsafə 600, uzun kuzovlu avtobusu üçün isə 450 kilometrə çatır. Daimler Buses yeni NMC4 batareyalarına 10 illik zəmanət verir. Fərdi müqavilə çərçivəsində bu müddət 15 ilə qədər uzadıla bilər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.