Amerikan brendi Dodge Durango modelinin təchizatına yenidən baxıb və mühərrik çeşidində yalnız üç güc aqreqatını saxlayıb: bunlar 3,6-litrlik V6 və 5,7-litrlik V8 Hemi, həmçinin kompressorlu 6,2-litrlik V8 Hemi mühərrikidir.

Altı təchizat səviyyəsindən də üçü qalacaq: məsələn, halogen fənərləri və kiçik təkər diskləri olan SXT baza versiyası çeşiddən çıxarılacaq. Vaxt keçdikcə Dodge Durango V8 Hemi mühərriklərini tamamilə itirəcək və “biturboaltılığa” keçəcək.

6,4-litrlik V8 Hemi mühərriki

Hal-hazırda, Dodge Durango altı təchizat səviyyəsinə və paketlərin bütöv bir qalaktikasına malikdir, buna görə də modifikasiyaların ümumi sayı 15-ə çatır! Arxa ötürməli və V6 mühərrikli baza krossoveri cəmi 40 min dollara başa gəlir, 720 at qüvvəsi və 874 Nm hasil edən kompressorlu V8 ilə ən təchiz olunmuş tamötürməli versiya üçün isə, 114 min dollar ödəmək lazımdır.

6,4-litrlik V8 Hemi mühərrikinin (482 at qüvvəsi, 637 Nm) çeşiddən çıxarılması Citadel və 392 versiyalarından imtina deməkdir, üstəlik, V6 (299 at qüvvəsi, 352 Nm) ilə təchiz ediləm ən ucuz versiyalar da populyar deyillər. 

Dodge Durango SRT Hellcat Brass Monkey

Beləliklə, çeşiddəki 15 modifikasiyadan yalnız doqquzu qalacaq. Maraqlıdır ki, Stellantis marketoloqları artıq uzun müddətdir ki, V8 Hemi mühərrikləri ilə vidalaşacaqlarını vəd edirlər. Bununla belə, bir il yarım əvvəl SRT Hellcat “vida” versiyasının sahibləri vicdansız reklamra görə məhkəməyə müraciət ediblər.

Lakin Dodge ofisini də başa düşmək olar: elektromobillərə tələb gözləntilərdən aşağı olub və V8 mühərrikli ofrouderlərə hələ də güclü tələbat var, baxmayaraq ki, Dodge Durango modelinin 15 yaşı var. Bir ay bundan əvvəl, istehsalçı ofrouderə olan marağı xüsusi SRT Hellcat Brass Monkey versiyası ilə artırmağa cəhd göstərib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.