Fransızlar Maserati şirkətinin V6 mühərriki ilə hərəkətə gələn dəbdəbəli DS SM Tribute kupesini buraxacaqlar. Stellantis qrupuna daxil olan premium fransız brendinin payızın əvvəlində təqdim etdiyi DS SM Tribute konseptinin seriyaya göndərmək planlarının olduğunu Top Gear nəşri xəbər verib. DS SM Tribute 1970-ci illərin əfsanəvi Citroen SM modelinin müasir təfsiridir. SM Tribute layihəsinə yaşıl işıq yandırılarsa, fransızlar Maserati şirkətinin altısilindrli mühərrikindən istifadə edə bilərlər.

Qabaqcıl DS SM Tribute konsept avtomobilinin premyerası zamanı onun güc qurğusu haqqında heç bir məlumat verilməyib. Orijinal Citroen SM modelinə gəldikdə isə, o, idman modeli kimi mövqeləndirilirdi və buna görə də 170-180 at qüvvəli 2,7 və 3,0-litrlik V6 aqreqatları və iki transmissiya ilə - beş pilləli mexaniki və ya üç pilləli avtomatik təchiz edildi. SM ilk “yüzlüyə” təxminən 8,5-9,0 saniyəyə sürətlənir və  220 km/saatlıq maksimal sürətə malik idi.

Konsept Maserati GranTurismo modelinə əsaslanır. Əgər avtomobil seriyaya gedərsə, yəqin ki, eyni modelin əsasında inşa ediləcək. Buna görə də, seriya modelinin Maserati şirkətinin 490-550 at qüvvəsi hasil edən 3,0-litrlik V6 Nettuno biturbo mühərrikini almaq şansı var.

Top Gear ilə söhbətində DS Automobiles şirkətinin dizayn direktoru Tyeri Metroz brendin baş direktoru Olivye Fransua və Stellantis rəhbəri Karlos Tavaresin seriya idman avtomobili layihəsinə yaşıl işıq yandırmağa hazır olduqlarını bildirib. Ancaq bir şərt var: model gəlir gətirməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ehtimallara görə, DS SM Tribute kiçik seriya ilə (50 - 200 nüsxə arasında tirajla) buraxıla bilər. Onların hər biri təxminən 1 milyon avroya başa gələcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.