J.D. Agentliyi Power agentliyi avromobillərin etibarlılığı üzrə 35-ci illik reytinqini (Vehicle Dependability Study) dərc edib. Bir il əvvəl olduğu kimi, birinci yeri Lexus (PP100 indeksi - 135), ikinci və üçüncü yeri Toyota (147) və Buick (149) tutub. Ümumilikdə, J.D. Power avtomobillərin etibarlılığının azaldığını qeyd edir, çünki PP100 indeksinin ortalama kəmiyyəti il ərzində dörd bənd artaraq 190-a çatıb.
Əksər avtomobil sahibləri davamlı olaraq multimedia sistemlərindən şikayətlənirlər. Bundan başqa, onların qıcıqlanmasına səbəb olan daha bir faktor, elektron köməkçilərdən gələn bildirişlərin sayının artmasıdır. Nəhayət, insanlar arasında yayılmış inancın əksinə, ən problemli nəqliyyat vasitələri məhz elektromobillər olub - onların PP100 göstəricisi benzin modellərindəki 187-yə qarşı 256-dır. Üstəlik, şikayətlərin əksər hissəsi təkərlərin yüksək aşınma səviyyəsi ilə bağlıdır.
Avtomobillərinin etibarlılığını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilən istehsalçılar arasında Porsche şirkəti də var: onun avtomobillərinin indeksi 33 bənd yüksəlib. Sonrakı yerləri Mercedes-Benz (+22) və Toyota (+21) tutub. Premium seqmentdə Lexus markasından başqa yüksək qiymətləri Porsche (PP100 indeksi - 175) və BMW (190) qazanıb. Bu markaların ən etibarlı modelləri Porsche 718 (2021-ci ildə bu adı 911 alıb), BMW X1 və X6 modelləridir. Gözlənildiyi kimi, ən çox mükafatı Toyota alıb – doqquz mükafat. Ən yaxşı nəticələri Lexus ES, IS, NX, RX, Toyota 4Runner, Camry, Corolla, Tacoma və Tundra modelləri qeydə alıblar. General Motors konserninin ilk dördliyi belə sıralanıb: Buick Encore, Chevrolet Equinox, Chevrolet Traverse və Chevrolet Tahoe.
Chrysler reytinqin dibindədir - onun PP100 indeksi 310-dur. Bir qədər yuxarıda Audi (275), Land Rover (268), Volkswagen (267) və Tesla (252) yerləşib. 2024 U.S. Vehicle Dependability Study reytinqi üç il istismarda olan avtomobil sahibləri arasında aparılmış sorğu əsasında tərtib edilib. Sorğuda iştirak edənlərə doqquz kateqoriya üzrə qruplaşdırılan 184 problem ilə bağlı suallar verilib: klimat-kontrol, elektron köməkçilər, sürücülük təcrübəsi, eksteryer, funksiyalar/idarəetmə orqanları/ekranlar, məlumat-əyləncə sistemi, interyer, güc qurğusu və oturacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.