Bu günlərdə italyan istehsalçısı Ferrari 296 Speciale modelinin “Le Manın 24 saatı” yarış marafonundakı növbəti qələbəsinin şərəfinə hazırladığı Piloti Ferrari 296 Speciale adlı versiyasını təqdim edib. Məhdud sayda buraxılacaq superkarı artıq Ferrari avtomobilinə sahib olan və yarışlarda iştirak edən şəxslər ala biləcəklər.
Ən maraqlısı odur ki, firma şəkillərində əks olunan ilk superkar bu il Le Manda qalib gəlmiş hiperkarın daşıdığı 83 nömrəsini deyil, 2023-cü ildə italyan markasına yeni tarixindəki ilk qələbəsini gətirmiş yarış hiperkarının nömrəsini (51) daşıyır. Bununla belə, sifarişçi istədiyi nömrəsi seçə bilər.

Xüsusi versiyanın livreyası Ferrari Tailor Made fərdiləşdirmə proqramı çərçivəsində hazırlanıb və sarı Giallo Modena rəngli vurğuları olan qırmızı Rosso Scuderia kuzov rənginə malikdir.
Sifarişçilər kuzovun əsas rəngi olaraq mavi Blu Tour de France, qara Nero Daytona və ya gümüşü Argento Nürburgring rənglərindən birin də seçə bilərlə. Kapota əllə FIA WEC çempionatının loqotipi və italyan bayrağı çəkilib.
İnteryer Le Manda çıxış edən pilotların yarış kombinezonlarının tikldiyi yanğına davamlı parçadan əlavələri olan alkantara ilə üzlənir. Salondakı unikal elementlərə karbon lifindən lövhələri və yarış təhlükəsizlik kəmərləri olan idman oturacaqları, italyan trikoloru şəklində sıfır nöqtəsi olan sükan çarxı və xüsusi seriyanın adı həkk olunmuş kandar örtmələridir.
Texniki cəhətdən xüsusi versiya aprel ayında təqdim olunmuş Ferrari 296 Speciale versiyasından fərqlənmir. Əlbəttə ki, xüsusi versiyadan olan avtomobilin qiyməti də açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.