Dörd il əvvəl Purosangue krossoveri Ferrari şirkəti üçün yeni bir bazar seqmentini açıb, buna görə də onun ajiotajlı tələbata malik olmasında təəccüblü bir şey yoxdur. Ferrari, hətta modelin təqdimatından iki ay yarım sonra sifarişlərin qəbulunu dayandırmalı olub, çünki krossoverə növbə iki ilə qədər uzanırdı!

İndi Purosangue ətrafındakı ajiotaj azalıb, lakin planlaşdırılan yenilənmənin və ya nəsil dəyişikliyinin vaxt gəlib çatmayıb, çünki superkarlar kütləvi avtomobillərdən daha uzun həyat dövrü ilə seçilirlər. Bununla belə, modelin müəyyən olunmuş çatışmazlıqlarını aradan qaldıran xüsusi bir modifikasiyanı təqdim etməyin tam zamanıdır. Ferrari Purosangue Handling Speciale xüsusi versiyası məhz buna görə yaradılıb.

Xüsusi versiyanın eksteryerindəki fərqləndirici cəhəti ön qanadlardakı firma gerbləri, baqaj qapağındakı loqotip və buraxılış sisteminin tutqun rəngli boru ucluqları da daxil olan qara tərtibat dəstidir. Bununla belə, Handling Speciale versiyasını öndəki 22 düymlük və arxadakı 23 düymlük  təkər diskləri sayəsində asanlıqla tanımaq olar. Onların əsas qara rəngi almaz cilalanması metodu ilə alınan aerodinamik qalxancıqlarala tamamlanıb.

Salonda xüsusi versiyanın adı həkk olunan xatirə nişanları və lövhələri var. Onlar arxa oturacaqların arasındakı lojementdə və qapı kənarlarının karbondan örtmələrində yerləşirlər. Bundan əlavə, Ferrari Purosangue Handling Speciale versiyasının interyeri qırmızı və qara toxumalı karbondan hazırlanmış dekorla bolluca bəzədilib.

Adından da göründüyü kimi, xüsusi versiyanın əsas texniki cəhəti təkmilləşdirilmiş idarəetmədir. Ferrari mühəndisləri krossoverin aktiv asqısını yenidən tənzimləyərək kuzovun titrəyişlərini 10% azaldıblar. Bu, təkərlərin yol səthi ilə daha sıx təmasını təmin edir ki, nəticədə Purosangue Handling Speciale kəskin döngələri yüksək sürətlərdə daha dəqiq və inamla keçə bilir.

Güc aqreqatı dəyişməz qalıb: 725 at qüvvəsi və 716 Nm hasil edən 6,5-litrlik V12 mühərriki arxa oxda quraşdırılan səkkiz pilləli ikimuftalı preselektiv “robot” və 4RM firma tam ötürmə sistemi ilə birlikdə çalışır. 

Avtomobilin dinamikası da dəyişməyib: krossover 100 km/saat həddini 3,3 saniyəyə toplayır, onun maksimal sürəti isə, 312 km/saat təşkil edir.

Bununla belə, mühərrikin səsini daha yüksək etmək üçün buraxılış sistemi yenidən kalibrlənib və ən ekstremal hərəkət rejimlərində (Race və ESC-Off) ötürmələrin həyata keçirilməsini tezləşdirmək üçün avtomatik transmissiyanın proqram təminatına yenidən baxılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Adi Ferrari Purosangue krossoverinin İtaliyadakı satış qiyməti 390.000 avrodur və üstəlik, bu başlanğıc qiymətdir, ona görə də Handling Speciale xüsusi versiyasının 430.000 avroluq qiyməti potensial alıcıları narahat etməməlidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.