Əfsanəvi Ferrari F40 superkarı təxminən 40 il əvvəl debüt edib, buna baxmayaraq, o hələ də italiyan markasının pərəstişkarlarının və müştərilərini həyəcanlandırmağa davam edir. Bu heç də təəccüblü deyil, çünki təsiredici xarakteristikaları və görünüşü ilə yanaşı, F40 modeli Enzo Ferrari tərəfindən şəxsən təqdir edilən sonuncu Ferrari avtomobilidir.

Ferrari şirkətinin Special Projects fərdiləşdirmə bölməsi 2018-ci ildə F40 üslubunda görünüşə malik olan unikal SP38 superkarını hazırlayıb, indi isə, bənzər konsepsiyaya malik olan SC40 kupesi təqdim edilib.

Bununla belə, 488 GTB sportkarının əsasında hazırlanmış Ferrari SP38 superkarı F40 ilə yalnız incə oxşarlıqlara malik idi. Yeni, unikal SC40 kupesi Ferrari 296 GTB modelinə əsaslanır, onun xarici görünüşü isə, F40 modelinin xarakterik xüsusiyyətlərini daha dəqiq təqlid edir. Flavio Manzoninin rəhbərlik etdiyi firma dizayn mərkəzi, SC40 superkarını qara plastikdən haşiyəsi olan unikal işıqlandırma texnikası ilə təchiz edib.

Bununla belə, italyanlar yuxarı qalxan faraları quraşdırmağa cəsarət etməyiblər. Yeni ön bamperdə hava girişlərinin karbondan hazırlanmış üçbucaqlı bölmələri var. Profildən avtomobil  karbondan örtmələri olan üçbucaqlı hava kanalları diqqət çəkir.

Bununla belə, ən böyük dəyişikliklər superkarın arxa hissəsində baş verib: burada F40 modelindəki kimi, inteqrasiya edilmiş spoyleri və havalandırma yuvaları olan iri, künc-bucaqlı mühərrik qapağı quraşdırılıb. Antiqanadın dayaqlarını SC40 loqotipləri bəzəyir. Arxa fənərlər standartdır, lakin orijinalda olduğu kimi,  barmaqlıq ilə çərçivələnib.

Buraxılış sisteminin mərkəzi çıxış borusu yenidən işlənib, arxa bamperdə isə, fərqli formalı diffuzor peyda olub. Bu unikal avtomobil xüsusi olaraq onun üçün hazırlanmış ağ rəngə boyanıb. Görünüşü unikal ikirəngli təkərlər tamamlayır, lakin onların F40 modelindəki məşhur beşqollu təkər diskləri ilə ümumi cəhəti yoxdur.

Ferrari SC40 kupesinin interyeri orijinal 296 GTB modelindən götürülüb - yalnız onun tərtibatı  dəyişdirilib. Bir zamanlar Ferrari F40 kompozit materiallardan geniş istifadə ilə məşhur olduğu üçün, SC40 modelinin tərtibatda da bolluca karbon dekor var. İnteryerin üzlənməsində qara alkantaradan, oturacaqların daxili hissəsində qırmızı parçadan istifadə olunur. Başlıqlar firma loqotipi ilə bəzədilib, ön paneldə isə, SC40 loqotipi var.

Texniki cəhətdən Ferrari SC40 296 GTB modeli ilə eynidir, yəni F40 modelində olduğu kimi, mexaniki transmissiya ilə V8 mühərrikinin tandemidən söhbət gedə bilməz. Hibrid güc qurğusu 3,0-litrlik “biturboaltılıqdan” (663 at qüvvəsi, 740 Nm) və səkkiz pilləli preselektiv inteqrasiya olunmuş elektrik mühərrikindən (167 at qüvvəsi, 315 Nm) ibarətdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hibrid sistem gücü 830 at qüvvəsi təşkil edir. 1470 kiloqram çəkisi olan arxa ötürməli superkar yerindən 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir və onun maksimal sürəti 330 km/saatın üzərindədir.

Ferrari SC40 kupesi daimi müştərinin sifarişi ilə yeganə nüsxədə inşa edilib. Sifarişçinin adı və unikal avtomobilin qiyməti açıqlanmayıb. Bununla belə, bu avtomobili canlı olaraq görmək imkanı var, çünki SC40 oktyabrın 18-dən başlayaraq Maranellodakı Ferrari şirkətinin muzeyində nümayiş etdirilir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.