Bu il Ferrari 499P yarış prototipi “Le Manın 24 Saatı” marafonunda ardıcıl olaraq üçüncü dəfə qələbə çalıb. Məşhur yarışdakı bu uğurlu çıxışı bayram etmək üçün, italyan şirkəti Ferrari F76 konseptini hazırlayıb. Onun adı Scuderia komandasının 76 il əvvəl, 1949-cu ildə keçirilmiş Le Man marafonundakı ilk qələbəsinə işarədir. Beləliklə, yaradıcılarının fikrincə, F76 konsepti özündə Ferrari brendinin keçmişinin, bu gününün və gələcəyinin qələbə ənənələrini birləşdirir.

Ferrari F76 konseptinin xarici görünüşü şirkətin dizayn mərkəzində, Flavio Manzoninin rəhbərliyi altında yaradılıb. Yaradıcıları bu konsepti gələcək Ferrari superkarlarının görünüşünə baxışı təqdim edən dizayner manifesti adlandırırlar. Bununla belə, bu gələcəyin çox uzaqda olduğu, üstəlik, F76 konseptinin birbaşa seriya xələflərinin olmayacağı aydındır. Bu, bir tərəfdən, yaradıcılarının özlərinin "füzelyaj" adlandırdıqları iki ayrı kokpitdən ibarət olan qeyri-adi kuzov quruluşu ilə əlaqədardır. 

Belə konfiqurasiya avtomobilin arxa hissəsində mərkəzi kanalın peyda olması sayəsində aerodinamikanı yaxşılaşdırmaq və hava axınını optimallaşdırmaq üçün seçilmişdir. Əlavə yerəsıxma qüvvəsi nəhəng ön və arxa spoylerlər, həmçinin təkərlərin arxasındakı yan seqmentləri olan diffuzor tərəfindən təmin edilir. Aerodinamik elementlərin forma və həndəsəsinin hesablanması zamanı generativ süni intellektdən istifadə olunduğu bildirilir.

Image alt Image alt

Futuristik dizayna baxmayaraq, Ferrari F76 prototipində artıq Ferrari F80 hiperkarında sınaqdan keçirilmiş müasir dizayn həllərinə də yer tapılıb. Məsələn, konseptdə oxşar bucaqlı ön formaları, nəhəng splitteri və xarakterik qanadları olan asılan yan tərəflər var. İşıqlandırma texnikası həmçinin nəsillər arasında varisliyi nümayiş etdirmək üçün nəzərdə tutulub: ön faralar irəli çıxandırlar, lakin onlar yuxarı qalxmaq əvəzinə aşağı qatlanırlar. Arxa tərəfdə dörd nazik LED fənər quraşdırılıb.

Kokpitlərə giriş yuxarı qalxan kapotlar sayəsində həyata keçirilir. Bu kapotlar yarışəffafdırlar, yəni onların  xarici səthi avtomobilin rənginə uyğun olsa da, daxildən sərnişinləri lazımi görünüşü ilə təmin edirlər. Hər iki kokpit tamamilə eynidir: sürücü qarşısında yarış şturvalı quraşdırılmış kreslo-lojementdə oturur. Sükan və pedalların naqillərlə (drive-by-wire) idarə olunduğu və tam şəkildə sinxronlaşdırıldığı bildirilir. Bu, hər iki sərnişini eyni emosiyalar və sürücülük təcrübəsi ilə təmin edir. Mümkün "dart-itələ" effektlərindən qorunmanın necə reallaşdırıldığı açıqlanmır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu başa düşüləndir, çünki Ferrari F76 yalnız kompüter renderi kimi, özü də yalnız rəqəmsal dünya üçün nəzərdə tutulmuş NFT tokeni şəklində mövcuddur. Ferrari Hyperclub proqramının üzvləri fərdi rəqəmsal F76 konsept avtomobili ala və hətta onun görünüşünü öz istəklərinə uyğunlaşdıra biləcəklər. Bu təşəbbüs Ferrari zavod komandasını World Endurance Championship (Dünya Dözümlülük Çempionatı) çempionatında və Le Man marafonlarında dəstəkləmək məqsədini daşıyır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.