Fiat qlobal satış nəticələrinə görə Stellantis konserninə daxil olan digər markaları geridə qoyub. 2024-cü ildə Fiat 1,2 milyondan çox avtomobil satıb ki, bu da 2023-cü ildəkindən 11 faiz azdır - italyan brendi yenə də dördüncü ildir ki, ardıcıl şəkildə Stellantis konserninin illik sıralamasında liderliyini qoruyub saxlaya bilib. Fiat Braziliya, İtaliya, Türkiyə və Əlcəzairdə yaxşı tələbata malikdir, lakin Avropa və Amerikadakı satışları arzuolunan səviyyədə deyil. Yeni elektromobillər də alıcıların rəğbətini qazana bilməyiblər.
Fiat Strada
Fiat Braziliyada 521 min avtomobil satıb ki, bu da ötən illə müqayisədə 9,3 faiz çoxdur, üstəlik, italyan istehsalçısı yerli bazarın beşdə birinə sahibdir. Fiat şirkətinin ümumi satışlarının 43 faizi Latın Amerikası ölkəsinin payına düşür. Tələbatın lider yanacaqlı Strada pikapıdır və o, Braziliyada ən populyar avtomobil titulunu qoruyub saxlayır.
Fiat Panda
İtaliyada 190 min Fiat satılıb ki, bu da bazar payının təxminən 11 faizini təşkil edib. Fiat Panda 102 minlik satışla liderlik edir. Müqayisə üçün, 500e elektrokarı cəmi iki min nəfər tərəfindən alınıb.
Fiat Egea/Tipo
Fiat Türkiyədəki bazar payını rekord sayılan 11,2 faizə qədər artırıb. Bestseller 84 minlik tirajla satılmış Fiat Egea/Tipo modelidir. Əlcəzairdə italyan markası 62 faizlik böyük bazar payına sahibdir, lakin keçən illə müqayisədə nəzərəçarpacaq dərəcədə azalma (16 faiz) baş verib. Afrika ölkələrində əksəriyyətində Fiat Doblo modeli yaxşı tələbata malikdir.
Fiat 500e
Ümumilikdə, Fiat 2024-cü ildə Avropada 304 minə yaxın avtomobil satıb ki, bu da əvvəlki illə müqayisədə 20 faiz azdır. Amerikalılar 1528 avtomobil alıblar, lakin bu, 2023-cü illə müqayisədə 154 faiz çoxdur. 500e modelinə olan zəif tələbat səbəbindən Fiat bir neçə dəfə onun istehsalını dayandırmalı olub. Sonuncu fasilə bu yaxınlarda başa çatıb və dekabrın 2-dən yanvarın 5-dək davam edib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.