Son zamanlar Almaniyanın məşhur Nürburqrinq trekindəki rekordlar əsasən Çin mənşəli elektromobillər ilə bağlıdır. Yangwang U9 Xtreme hiperkarı və Xiaomi SU7 Ultra super sedanı artıq “Şimal ilgəyini” fəth ediblər. Bu fonda Ford GT Mk IV superkarının əldə etdiyi yeni nəticələr diqqət çəkir. O, Nürburqrinqdə ən yeyin amerikan və yanacaqlı avtomobili olub.

Ford GT Mk IV ikinci nəsil GT modelinin son versiyasıdır. Mahiyyətcə, Mk IV versiyası amerikan superkarının ekstremal trek modifikasiyasıdır və ümumi istifadə yolları üçün nəzərdə tutulmayıb. Karbon kuzov uzadılmış təkər bazasına və arxa hissəyə, həmçinin inkişaf etmiş aerodinamik dayağa malikdir. Dayaq 241 km/saat sürətində 1090 kiloqramdan çox yerəsıxma qüvvəsi yaradır. 

Bundan başqa, superkar Multimatic ASV adaptiv amortizatorları olan yarış asqısına malikdir. Baza daxilində yerləşən V6 biturbo mühərrikinin həcmi 3,5 litrdən 3,8 litrə qədər artırılıb. Mühərrik 830 at qüvvəsindən çox güc hasil edir və yarış ötürmələr qutusu ilə tandemdə çalışır. Ford GT Mk IV 2022-ci ildən istehsal olunur və onun tirajı 67 nüsxə ilə məhdudlaşdırılıb. Onların hər birinin qiyməti 1,7 milyon dollardan çoxdur.

Rekord gedişi zamanı, Ford GT Mk IV modelinin sükanı arxasında belçikalı pilot Frederik Verviş əyləşib. O, Ford Racing zavod komandasının pilotudur və 24 saatlıq Nürburqrinq marafonunun ikiqat qalibidir. Onun idarə etdiyi GT Mk IV “Şimal ilgəyini” 6 dəqiqə 15,977 saniyəyə qət edib! Yalnız Porsche 919 Evo hibridi (5 dəqiqə 19,5 saniyə) və Volkswagen ID.R elektromobili (6 dəqiqə 5,3 saniyə) Amerkan superkarından daha yeyin olublar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hər iki avtomobil unikal prototiplərdir, lakin Ford da ümumi istifadə yollarına çıxışı olmadığına görə, ən yeyin seriya avtomobili ola bilməyib. Buna görə də, GT Mk IV ümumi birincilikdə üçüncü yeri tutub və ən yeyin yanacaqlı (elektrik üstqurumsuz) və amerika avtomobili titullarını qazanıb. Nürburqrinqin ən yeyin seriya avtomobili titulu Mercedes-AMG One hibrid hiperkarına (6 dəqiqə 29,09 saniyə) məxsusdur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.