Bir il əvvəl Geely Xingyue L krossoveri (ixrac bazarlarında Monjaro kimi tanınır) xırda yenilənməyə məruz qalıb. Bu günlərdə şirkət artıq bu modelin ikinci yenilənməsini həyata keçirdiyini bəyan edib. Bu dəfə yenlənmə daha geniş miqyaslıdır.
Xarici dəyişikliklər çox deyil. Radiator barmaqlığının dizaynı yenidən işlənilib və avtomobilin uzunluğunu 4770-dən 4795 millimetrə qədər artıran yeni ön bamper quraşdırılıb. Kuzovun rəng palitrasına iki yeni çalar əlavə edilib, təkər disklərinin dizaynı dəyişdirilib, ön qanadlarda isə, əlavə örtmələr peyda olublar.

Əsas yeniliklər krossoverin interyerində cəmlənib. Ön paneldə əvvəlki kimi üç ekran var, lakin əvvəllər onların hamısının diaqonalı 12,3 düym idi və displeylər ön panelə inteqrasiya olunmuşdular.
Cihazlar panelinin ekranı eyni ölçüdə (və günəşlik) qalır, lakin iki media sisteminin iki ekranının ölçüsü 14,6 düymədək böyüdülüb. Bu dəyişiklik ön panelin üzərində yüksələn ayrıca blokun quraşdırılmasını tələb edib. Elektronika inteqrasiya edilmiş süni intellektə malik olan Flyme Auto sistemi tərəfindən idarələnir.

Bundan əlavə, mərkəzi tunelin tərtibatı yenidən işlənilib, transmissiyanın yeni selektoru peyda olub, iki yerli simsiz enerji doldurma paneli və mərkəzi konsoldakı bir sıra fiziki düymələr ənənəvi yerlərinə qayıdıblar. Havalandırma sisteminin yeni deflektorları da peyda olublar.
Texniki təkmilləşdirmələr də həyata keçirilib: 2,0-litrlik turbomühərrikin hasilatı 238 at qüvvəsi və 350 Nm-dən 272 at qüvvəsi və 400 Nm-ə qədər artırılıb. Güc qurğusu əvvəlki kimi səkkiz pilləli avtomatik transmissiya ilə birlikdə çalışır.
Giriş səviyyəli variantlar yalnız ön ötürməyə, ən yüksək səviyyəli versiyalar isə, tam ötürmə və təkmilləşdirilmiş adaptiv amortizatorlara malikdirlər. Ön ötürməli versiyalarda 100 km/saata sürətlənmə müddəti 7,5 saniyədən 7,3 saniyəyə, tam ötürməli modellərdə isə, 7,7 saniyədən 7,5 saniyəyə endirilib. Ötürmə növündən asılı olmayaraq maksimal sürət 215 km/saatdan 225 km/saata qədər artırılıb.
Çində təkmilləşdirilmiş Geely Xingyue L modelinin qiyməti 160.000-180.000 yuan (22.000-25.000 ABŞ dolları) arasındadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.