Great Wall Motor şirkəti Şanxay avtosalonunda bütün markaları və bölmələri ilə iştirak edir. Ancaq Çin qrupunun ən parlaq və ən çılğın eksponatı məhz ana markanın stendində nümayiş olunub. Bu, Shanhai Poer flaqman modelinin əsasında yaradılmış üçoxlu Great Wall Poer Cyberp!ckup pikapıdır.

Bu pikap Great Wall ilə kiçik Chaojing Motors firmasının birgə layihəsidir. Bu firma artıq digər modellərin kiber-versiyalarının yaradılması üzrə ixtisaslaşıb. Pikapın yüngül N1 kateqoriyasında qalması üçün tərtibatçılar nəinki onun kütləsini 3,5 ton ətrafında qalmasını təmin ediblər, həm də onun uzunluğunu Çin qanunlarında nəzərdə tutulmuş altı metrə çatdırıblar. Beləliklə, gödək yük platforması məhz hüquqi nüansların nəticəsidir. Konstruksiyanı yüngülləşdirmək üçün karbonplastikdən istifadə edilib: kapot və bir sıra digər elementlər bu kompozitdən hazırlanıb.

Pikap 6x6 təkər düsturuna malikdir, lakin 6x4 rejimi də nəzərdə tutulub, çünki ön oxdakı standart mufta qorunub saxlanılıb. Bundan əlavə, Cyberp!ckup dörd diffrensial kilidi ilə təchiz olunur: onların üçü təkərlərarası differensiallarda, dördüncüsü isə ikinci və üçüncü oxlar arasındakı differensialdadır. Üstəlik, ön oxun kilidi də var. Pikap xarici dizametrli 33 düym olan yolsuzluq şinlərini də alıb.

Pikapın salonu açıq rəngli dəri və alkantara ilə üzlənib, habelə onun təzhizatına 16-dinamikli güclü səs sistemi əlavə edilib. Monstrşəkilli pikap tərkibinə 3,0-litrlik V6 benzin biturbomühərriki, elektrik mühərriki və doqquz pilləli “avtomat” daxil olan hibrid güc qurğusu ilə hərəkətə gəlir. Sistemin maksimal hasilatı 517 at qüvvəsi və 750 Nm təşkil edir. Üçoxlu pikapların kütləvi şəklində istehsal olunacağı barədə məlumat verilməyib, lakin Great Wall markasının bütün əvvəlki Cyber layihələri məhdud tirajla satışa çıxarılıblar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.